02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub
22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.
19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!
18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB
18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək
15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB
09:39 - 18 May - Beynəlxalq Muzeylər Günüdür
20:52 - SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır
18:45 - Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.
17:48 - Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb - FOTO
Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
VETENİM-AZERBAYCANDIR.AZ
Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.
Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.
Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.
Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram".
VETENİM-AZERBAYCANDIR.AZ