Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!
23-05-2023, 06:31 34 dəfə baxılıb

 VETENİM-AZERBAYCANDIR.AZ

21.05.2023 cü il tarixində  Lənkəranda Milli Dəyərlərin Qorunması İB Sədri  Dilarə Ağamusa və bir qrup iş xanımları və qadınların xoşbəxt olması və daima bunun üçün çalışan HAHHY WOMEN akademiyasının rəhbəri Sevda xanımın rəhbərlik etdiyi turla Təbəssüm istirahət mərkəzində istirahətdə oldular. Qeyd etmək istərdim ki, Təbəssüm istirahət mərkəzi 2004- cü ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə inşasına başlanılıb və tikilib daha sonra genişləndirilb. Burada balığ qulağından hazırlanmış mağara var ki, bu çox gözəl və çox genişdir. Təşkil olunmuş bu gəzinti çox dəyərli iki xanımın doğum gününə təsadüf edirdi.
Tur iştirakçılarının da iştirakı ilə burada  Dilarə xanımın və Emilya xanımın doğum günləri keçirilib və hər kəs tərəfindən hər iki dəyərli insana təbriklər çatdırılıb, doğmalar hər iki xanıma sağlam can, işlərində daha da böyük nəaliyyətlər arzu ediblər. Yüksək qonaqpərvərliyə, təşkilatçılığa görə dəyərli Dilarə xanım rəhbərliyə təşəkkür edir, çox sağ olun deyir və bu kimi işlərin davamını diləyir. Biz də  VETENİM-AZERBAYCANDIR.AZ –ın kollektivi adından çox dəyərli Dilarə xanımı və əziz Emilya xanımı təbrik edir, sağlam və bərəkətli ömür arzu edirik!
 

ƏFSANƏ ƏLİYEVA

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI