Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı yarışlarının üçüncü gününə start verilib -

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı yarışlarının üçüncü gününə start verilib -
19-05-2023, 12:24 257 dəfə baxılıb

ÖNDERTV.ORG

Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarının üçüncü gününə start verilib.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu gün böyüklər arasında fərdi proqramda kvalifikasiya yarışları keçiriləcək. Gimnastlar gürzlə və lentlə hərəkətlər nümayiş etdirəcəklər. Yarış gününün yekunlarına görə bu proqramlarda, həmçinin çoxnövçülük üzrə finalçılar müəyyən ediləcək.
Azərbaycan gimnastları Zöhrə Ağamirova və İlona Zeynalova saat 17:00-dan sonra çıxış edəcəklər.
Xatırladaq ki, dünənki kvalifikasiya yarışlarında Zöhrə Ağamirova finala halqa və topla hərəkətlərlə çıxıb.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.
Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər .
Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.
Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.







ÖNDERTV.ORG

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI