11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş - Fotolar
VETENİM-AZERBAYCANDIR.AZ
Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatının San-Xose və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, komitə sədri Fuad Muradov İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa, vətənpərvərliyə görə icma üzvlərinə təşəkkür edib, ABŞ-da yaşayan azərbaycanlıların Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulu Rasim Daşdəmirov və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı icmanın fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, Kaliforniya ştatında ən çox azərbaycanlı San-Xose şəhərində yaşayır, buradakı gənclərimiz əsasən elm və IT sahələrində çalışırlar.
Sonra Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışı təqdim olunub.
Müzakirələr zamanı Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələri barədə danışılıb, əldə olunan nailiyyətlərə diqqət cəlb edilib.
VETENİM-AZERBAYCANDIR.AZ