Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Alı Həsənov: “Ermənistanın məkrli siyasəti”

Alı Həsənov: “Ermənistanın məkrli siyasəti”
10-05-2021, 23:32 275 dəfə baxılıb

Geniş ictimaiyyətə məlumdur ki, erməni saxtakarlıqlarının diapazonu və coğrafiyası olduqca genişdir.
Tarixi zaman kəsiyində erməni yalanları siyasətdən tutmuş gündəlik həyatımıza, tarixi abidə və şəxsiyyətlərə, coğrafi adlara, dini abidələrə, mədəni irsə, kulinariyaya nüfuz edir. Bir sözlə, yalan üzərində qurulmuş miflər bütün sahələri əhatə etmişdir. Eyni zamanda, bu saxtakarlıqlar və analoji olaraq mənimsəmə iddiaları təkcə Azərbaycana və Türk dünyasına deyil, ermənilərin təmasda olduqları digər xalqlara da qarşı yönəlmişdir. Hay-ermənilərin Qafqazda özlərini yerli xalq kimi təqdim etmək cəhdləri isə regionda digər xalqların tarixinin məqsədyönlü şəkildə saxtalaşdırılmasına, özgə dəyərlərinin, tarixi-mədəni-dini irsin erməniləşdirilməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, yaşadığımız regionda elə bir xalq və ya dövlət yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası olmasın. Ermənilər yaşadıqları Türk dünyasına məxsus torpaqları “Böyük Ermənistan” dövlətinin ərazisi olduğu iddialarını hər zaman irəli sürmüşlər. Məhz əzəli Azərbaycan torpağı olan Qarabağ və ətraf rayonları işğal etdikləri və işğalda saxladıqları dövrdə də, mühüm beynəlxalq forumlarda, konfranslarda öz çıxışları, fikirləri ilə Qarabağı Ermənistanın tərkib hissəsi kimi göstərməyə tarixi sənədləri satalaşdırmağa çalışmışlar. Aparılan təhlillər göstərir ki, artıq neçə əsrdir davam edən ermənilərin tarixi həqiqətləri mütəşəkkil saxtalaşdırma cəhdlərinin əsas səbəbi ermənilərin etnogenez ilə əlaqədar natamamlıq kompleksi, eləcə də vətən anlayışı ilə əlaqədar fobiyaya malik olmaları ilə bağlıdır. Saxtakarlıqların əsas prinsipi isə “coğrafi mənsubiyyət” və “etnik mənşə” anlayışlarının bərabərləşdirilməsi və ya eyniləşdirilməsinə əsaslanır. Son günlərdə Ağ Ev rəsmisinin saxta “Erməni Soyqırımı”nı tanımasına dair fikirləri Ermənilərin yeni ərazilərə və təzminat iddialarının dahada güclənməsinə əsas yaradır. Beləki, artıq uzun zamandır ki, Ermənistan rəsmiləri Türklərin Ermənilərə qarşı “Soyqırım” törətdiyini və Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması iddiaları ilə çıxışlar edirlər. Ermənilərin vətən anlayışı ilə bağlı fobiyası, “Böyük Ermənistan” xülyası da erməni saxtakarlıqlarına zəmin yaradan faktorlardan biridir. Balkanlardan Xəzərədək böyük bir coğrafiyaya iddia irəli sürən ermənilərin iki mühüm səciyyəvi xüsusiyyəti özünü göstərir. Birincisi, vətən anlayışının məhdudsuz coğrafi sərhədləri, bu dini-simbioz birliyin hər hansı bir torpağa vətən olaraq bağlı olmadığını göstərir. İkincisi isə “böyük tarixi dövlət” özü-özlüyündə böyük yalanların da uydurulmasına rəvac verir. Ermənistanın tarixi sənədlərin, faktların saxtalaşdırılması siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci il mart Soyqırımında Azərbaycan əyalətlərində 12 mindən çox dinc əhaliyə, türk-müsalmanlara divan tutulub, amansızlıqla qətlə yetirilib. Ermənilər XX əsrin ən böyük faciəsi sayılan Xocalı Soyqırımını həyata keçirmişlər. 1992-ci ilin 26 fevralında erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı amansız cinayətlər törətmişlər. Soyqırım ifadəsi 1 ailənin tamamilə məhv edilməsi deməkdir və Xocalıda ermənilər tərəfindən 8 ailə tamamilə məhv edilib. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. Bunun davamı olaraq 1992-ci ilin 8 aprelində Kəlbəcər rayonunun Ağdaban kəndində soyqırım törətmişlər. 130 evdən ibarət olan Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakinə qarşı müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biridə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyiblər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra 1993-cü il iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib. Baş vermiş bu faciələr təkcə Azərbaycan Xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin nəticəsidir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI