22:19 - İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb - FOTO
22:16 - AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır
22:08 - Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü - YENİLƏNİB - FOTO
17:58 - BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
17:25 - "Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
17:20 - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
17:06 - Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
16:11 - Azərbaycan dünyanın qlobal güclərinin diqqət mərkəzində
16:02 - “Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı
21:09 - Polkovnikin canına qəsdinin səbəbi bilindi - Məktubu tapılıb
12:40 - Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
12:38 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12:35 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
06:34 - Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO
Paris, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir
VETENİM-AZERBAYCANDIR.AZ
"Azərbaycanın İranla yetərincə uzun sərhədi var ki, onu qorumaq gərəkdir". ABŞ-ın dövlət katibi Entoni Blinken Senatın beynəlxalq münasibətlər komitəsindəki dinləmələrdə "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin dayandırılması və Azərbaycana hərbi yardımların göstərilməsi nin vacibliyini əsaslandırarkən belə deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər.
"Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur. Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik", - E.Blinken çıxışında deyib.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibinin çıxışında toxunduğu məqamlar önəmlidir. Belədirsə, rəsmi Vaşinqtonun indiki mövqeyi Azərbaycana və o cümlədən bölgəyə nə vəd edir?
Sualın ritorika səviyyəsi yüksək deyil.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasətindəki absurd vurnuxmalardan və sürəkli təlimatlar əsasında mövqe dəyişiklərindən sonra E.Blinkenlə telefonla bölgədəki vəziyyəti müzakirə etmişdi.
N.Paşinyanın bugünkü bəyanatı da maraqlıdır.
"Mən sizin hamınıza və beynəlxalq ictimaiyyətə belə bir mesaj göndərmək istəyirəm: sülh müqaviləsi olacaq və o bu günə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında olacaq. Ermənistan və Azərbaycan vəziyyəti gərginləşdirməkdən çəkinəcək və bir-birinin sərhədlərinə hörmət edəcəkləri barədə razılığa gəliblər. Azərbaycanın hansısa tarixi xəritələrə əsaslanaraq delimitasiya ilə bağlı bəyanatları sadəcə olaraq razılaşmaları pozur. Ötən gün Azərbaycan tərəfindən açılan snayper atəşi ilə erməni hərbçisi ölüb", - Ermənistanın baş naziri söyləyib.
"Sülh müqaviləsi olacaq" ifadəsi sadəcə, frazeoloji konstruksiya yox, rəsmi İrəvanın indiki vəziyyətini səciyyələndirən etirafdır.
Ermənistan rəhbərliyinin eyni vaxtda kollektiv Qərb, Rusiya, İranla "vəd alıb vəd vermək" sxemli oyunlar aparması, Fransanın dövlət başçısı Emmanuel Makronun "tam dəstək" kimi səciyyələndirdiyi hamilik öhdəliklərinə inanaraq Rusiya qarşısında şərtlər müntəxabatını səsləndirməsi, İrandan aldığı messiclərə inanaraq Azərbaycanla diplomatik təmaslarda aqressiv ritorika ilə yalan seriyasını seçməsi İrəvanı ağır duruma salıb.
Məhz Emmanuel Makronun aylardan bəri davam edən siyasi vədləri və diplomatik təzyiqlərindən sonra Nikol Paşiyan Parisdən yollanan vədlərə tam inanmışdı.
Brüssel və Münhendəki müzakirələr əsnasında rəsmi Paris ermənilərlə separat, əksər hallarda kuluar müzakirələr apararaq Ermənistanı danışıqlarda mümkün qədər sərt mövqe tutmağa çağırırdı.
Nəticə gözlənilən kimi oldu: heç bir potensial bazası olmayan arxayınlıq və itirilmiş imkanların bərpasına ümid Ermənistan rəhbərliyi Azərbaycanla müzakirələrdə konkretlikdən uzaq söz yığınınlarından istifadəyə, əldə edilmiş razılaşmalarla anlaşmaları pozmağa, ən pisi isə yekun sülh sazişinin imalanması prosesini ləngitməyə sövq etdi.
Nikol Paşinyanın hesablamalarına görə, Azərbaycanla danışıqlarda nə qədər vaxt uzadarsa, nə qədər "sərt" təsir bağışlayarsa, nə qədər söz oyunundan geniş istifadə edərsə - Ermənistanın maraqlarının təminatına yöənlmiş addımlar atır və eyni zamanda, Fransanın genişmiqyaslı yardımlarının reallaşması, geosiyasi sponsorluq marşrutlarının işə düşməsi zamanı o qədər yaxınlaşırdı.
Olmadı və alınmadı, çünki Ermənistanı bölgədə asan idarə olunan marionet dövlətə döndərərək Rusiya və ABŞ-ın regional strategiyasına qarşı çıxmaq, Cənubi Qafqazda proseslərə birbaşa və effektiv təsir imkanqlarına yiyələnmək üçün vasitələr əldə edəcəyini planlaşdıran Emmanuel Makron həmişəki kimi, geosiyasi planlamalarında diletantcasına davrandı, səhvləri sıraladı.
Fransanın yeni və ilk baxışdan mürəkkəb sxem təsiri bağışlasa da, əslində çox bəsit olan strategiyasının üç məqsədi vardı:
1. Ermənistan-Azərbaycan danışıqlarında Rusiyanın əsas moderator və vasitəçi funksiyalarından məhrum edərək ön plana çıxmaq
2. Ermənistana təsir imkanlarını artıraraq bölgədəki proseslərə birbaşa müdaxilə, habelə yöndəyişmə rıçaqlarına yiyələnmək
3. Türkiyə, Rusiya və İran kimi regional oyunçularla yanaşı, Britaniya, Çin, İsrail, ABŞ və Avropa İttifaqını geridə qoymaq, önləyici tədbirlər vasitəsilə mövqelərini möhkəmlətmək və bu minvalla Cənubi Qafqazı nəhayətdə Parisin "arxa bağça"larından birinə döndərmək.
Makron qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmadı və əslində, çata da bilməzdi. Rusiyanın Ukraynada apardığı müharibədən yararlanaraq Moskvanın Cənubi Qafqazdakı mövqelərini geosiyasi hücum vasitəsilə ələ keçirməklə reyderlik etməyə çalışan Fransanın bu cəhdlərini Kreml dərhal anladı və zəruri bildiyi addımlar atmağa başladı.
Təsadüfi deyil ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyanla Moskvada apardığı danışıqlardan sonrakı brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "kollektiv Qərb Cənubi Qafqazda məhz reyder siyasəti yürüdür" dedi.
Təbii ki, Rusiya heç bir vəchlə Fransanın Ermənistana təsir imkanlarını artırmaq cəhdlərini soyuqqanlıqla seyr etməyəcəkdi və Kremlin zəiflik kimi dəyərləndirilə biləcək ətalətinə bel bağlayan Emmanuel Makron gözlənilən əməli cavablar alıb, almağa da davam edəcək.