Vetenim-Azerbaycandir.az açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
- BMT: 57 ölkədə qadınların yarısı müstəqil qərar vermək hüququndan məhrumdur
- Azərbaycanın daha bir neçə rayonunda "Vətən Bağı" yaradılıb
- Mütəxəssis: "Müəyyən vitaminlərin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir"
Milli Məclisin deputatı onu da bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, Qafqazın konservatoriyası olan bu qədim şəhərimizi mənfur düşmən işğal altında saxlamaqla erməniləşdirməyə çalışdı: “Düşmən bu zəngin irsimizi dağıtmağa, yerlə bir etməyə cəhd göstərdi, tarixi abidələrimizi, məscidlərimizi təhqir etdi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərini və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ciddi ziyan vurdu, Xurşidbanu Natəvanın evini yandırdı. Düşmən bütün bu vəhşilikləri törətsə də, istəyinə nail ola bilmədi. Bu şəhər 28 il yarım davam edən işğal dövründə, necə deyərlər, erməniləri qəbul etmədi. Şuşa yağıların yad olduğunu, barbar, vandal olduğunu gördü. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqda qaldı, sınmadı, əyilmədi. Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə, özgələşdirəbilmədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşları yenə də bu tarixi şəhərdə yaşayacaq, qurub-yaradacaqlar, amma erməni vəhşiliyini heç vaxt unutmayacaqlar. Az vaxt keçəcək, Şuşa yenə də 28 il bundan əvvəlki xoş günlərinə qayıdacaq, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atacaq. Başından duman-çən çəkilən şəhərin bü gün sürətlə, şövqlə aparılan abadlıq-quruculuq işləri daha geniş vüsət alacaq, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi yenə də ziyarətgahlara dönəcək, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə həqiqi sahiblərinin-sakinlərin gücü və əzmi ilə yenidən “nəfəs” veriləcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı gerçəkləşəcək. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi keçiriləcək mərasimlərə evsahibliyi edəcək, məşhur turizm məkanı kimi şöhrət qazanacaq. “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı da bu mədəniyyət beşiyinin əvvəlki şöhrətinin özünə qaytarılmasında, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasında önəmli rol oynayacaq”.