Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə XİN: “Misirlə Türkiyə arasında görüş səmimi şəraitdə və əhəmiyyətli danışıqlarla nəticələnib”

Türkiyə XİN: “Misirlə Türkiyə arasında görüş səmimi şəraitdə və əhəmiyyətli danışıqlarla nəticələnib”
6-05-2021, 23:47 244 dəfə baxılıb

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və Misirin Xarici İşlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərliyi ilə 5-6 May 2021 tarixlərində Qahirədə keçirilən heyətlərarası görüş başa çatıb.
Vetenim-Azerbaycandir.az yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Türkiyə XİN tərəflər arasında siyasi məsləhətləşmələr xarakterli danışıqları səmimi şəraitdə və əhəmiyyətli olaraq qiymətləndirib.
Hər iki tərəfin birgə yayımladığı açıqlamada bildirilib ki, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımların müzakirə olunması ilə bərabər Liviya, Suriya və İraqdakı vəziyyətlə də bağlı da fikir mübadiləsi aparılıb: “Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyin təmini haqqında daha geniş müzakirələr keçirilib. Tərəflər siyasi məsləhətləşmələrin nəticələrini müqayisə edərək, müvafiq addımların atılması haqında qərar verəcək”.
Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasında gərginlik yaranıb, Türkiyə və Misir qarşılıqlı olaraq o ölkələrdəki səfirliklərinin fəaliyyətinə son qoyub. Bu, 8 il sonra Türkiyə ilə Misir arasında keçirilən ilk rəsmi görüşdür.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI