19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Budurmu bizim onlara verdiyimiz qiymət ...
Hər birimizin cəmiyyətdə görmək istəmədiyimiz bir çox problemlər var. Ya biz bu problemlərin çıxış yolunu həqiqətən tapa bilmirik, ya da görməzdən gəlirik. Mənim görmək istəmədiyim problem isə bəzi məmurların özbaşınalıq edərək qazi, şəhid ailələri və müharibə veteranlarına göstərdikləri laqeydlik, biganəlikdir.
Doğrudur, Vətən uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də qazilərə dövlət tərəfindən qayğı göstərilsə də, bir çox hallarda bəzi özbaşınalıq edən kiçik məmurlar öz davranışları ilə dövləti sanki xalqın gözündən salmağa çalışırlar.
Şübhəsiz ki, bu və ya bu kimi problemlərin mövcudluğu barədə mediada dəfələrlə yazılara rast gəlmişik. Elə Vətən savaşı bitdikdən sonra bir qazimimiz Lənkəran rayonunun İcra başçısından ona köməklik göstərməsini istəmişdir. Hətta qazimiz atasının da, I Qarabağ müharibəsində şəhid olduğunu bildirmişdi. Təəssüf ki, İcra başçısı o zaman qazimizin bu sözlərinə məhəl qoymadan qeyri-etik ifadələrlə ona, “atanın ağlı olsaydı müharibəyə getməzdi”, – deyərək təhqir etmişdir.
Hamımız bilirik ki, Vətən savaşında iştirak etmiş bir çox qəhrəman oğullarımız müharibədə mənəvi-psixoloji zədələr alıblar. Çünki onların gözləri önündə döyüş yoldaşları, dostları, əziz bildikləri komandirləri şəhid olublar. Bəlkə də elə bu səbəbdəndir ki, qazilərimizin bir neçəsi şikayətlərinə baxılmadığı və ya onlara laqeyid yanaşıldığından çıxış yolunu canlarına qəsd edərək, intihar etməkdə gördülər. Axı, nədən Vətən üçün canlarını əsirgəməyən oğullara belə – laqeyid münasibət göstərilməlidir?!
Məgər, yurd-yuvalarından zorən didərgin düşmüş insanların, ümumilikdə isə Azərbaycan xalqının 30 illlik Qarabağ həsrətinə onlar son qoymadılarmı? Məgər, onlar Vətənimizi erməni qəsbkarlarının işğalından azad etməklə, həm də bizi xalq olaraq 30 illik xəcalət hissindən xilas etmədilərmi? Budurmu bizim onlara verdiyimiz qiymət, dəyər, etdiyimiz minnərdarlıq? Axı, onlar idi 44 günlük Vətən müharibəsində sinələrini gülləyə sipər edənlər, nə tez unutduq?
Bax, budur mənim cəmiyyətimizdə görmək istəmədiklərim – laqeyidlik, biganəlik, soyuqluq və sözsüz ki, ozbaşınalıq!
Vəfa Abdullayeva, VETENİM – AZƏRBAYCANDIR. AZ- ın əməkdaşı
vetenim-azerbaycandir.az