01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
“Türkiyə və Azərbaycan güclərini birləşdirib” - Cahit Bağcı
“Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərə kök atmış müstəsna bir qardaşlığa birlikdə şahid olur və yaşayırıq”.
“Vetenim-Azerbaycandir.az ” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən almaqdadır:
“İki dövlətin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı qorumağa içilən and və ikitərəfli əlaqələrin daha da irəliyə daşıma iradəsidir.
Bildiyimiz ki, Azərbaycanın qədim torpağı Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalına 44 gün davam edən Vətən Müharibəsi nəticəsində əldə edilən şanlı bir zəfərlə son verilib.
Bu zəfər qardaşlarımız Azərbaycan xalqı qədər Türkiyədəki vətəndaşlarımızı da sevincə boğub. Türkiyə bu Vətən Müharibəsində qardaşlığın tələbini yerinə yetirərək, Azərbaycanı əsla yalnız qoymadı.
Müharibənin əvvəlindən sonuna qədər qardaşının yanında olmuş və hər cür dəstəyi verərək, dosta və düşmənə birliyin gücünü göstərib.
İnanırıq ki, artıq Qarabağdakı Xarı bülbüllər hər bahar şəhidlərimiz üçün açacaq, onların qoxusunu Qafqazın incisi Qarabağdan bütün türk dünyasına daşıyacaq”.
Səfir qeyd edib ki, Türkiyə və Azərbayvan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıqlar geostrateji bir dəyərə və səviyyəyə çatıb:
“Son dövrlər əlaqələrimizdə hər sahədə böyük irəliləyiş qeydə alınıb. İkitərəfli əməkdaşlıqlarımız artıq sadəcə Türkiyə və Azərbaycanın yararına olmağı keçib, regional səviyyədə əməkdaşlıqlara aparan yolu açıb.
Türkiyə-Azərbaycan sahib olduqları bütün imkanlarla güclərini bölgənin təhlükəsizlik və sabitliyinə töhfə vermək məqsədilə birləşdirib”.