01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Kərim Babayevin ticarət mərkəzlərinə ordu yeridildi - 15 hektar ərazi nəzarətə götürüldü
Azərbaycanlı biznesmen Kərim Babayevin Rostov vilayətinin Aksai rayonunda yerləşən ticarət mərkəzlərində Rusiya xüsusi xidmət orqanları əməliyyata başlayıb.
Vetenim-Azerbaycandir.az “kommersant”a istinadla xəbər verir ki, əməliyyatın Kərim Babayevin 20 il əvvəl qurduğu cinayətkar cəmiyyətdə iştirak etməkdə şübhəli bilinən Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenkoya qarşı bu yaxınlarda açılan cinayət işi ilə əlaqədardır. Təxminən 3 min 500 hərbçi, polis, FTX işçisinin 15 hektar ərazini mühasirəyə alaraq yoxlamalara başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları pərakəndə satış məkanının qanunvericiliyinə uyğunluğunu, ticarət fəaliyyətinin qanuniliyini, habelə narkotik, silah ticarəti və sair məsələləri araşdırır.
Xüsusi əməliyyat “Atlant”, “Classic”, “Almaz” və tərəvəz bazarlarında baş tutub. Verilən məlumata görə, bazarların ərazisindən çıxmaq istəyən sürücülər yoxlanılıb və bazarlara girmək istəyən şəxslər dayandırılıb.
Qeyd edək ki, Kərim Babayev oğulları Vadim və Eduard Babayevlər, iş adamı İvan Sitko və Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenko saxlanılıb. Kərim Babayevin isə ölkədən qaçdığı və hazırda axtarışda olduğu bildirilib.