01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Tarixi reallığı təhrif etmək yolverilməzdir
Vetenim-Azeebaycandir.az
ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatı bütün türk dünyasında təəssüflə qarşılandı. Bu, əlbəttə, real tarixi hadisələrin təhrif edilməsidir.
Yaxşı olardı ki, Co Bayden tarixi faktları dəqiq nəzərdən keçirəydi. Fakt budur ki, erməni faşistləri Türkiyədə 2 milyona yaxın insanı kütləvi şəkildə məhv etmiş, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında kütləvi qırğınlar törətmişlər.
Dəfələrlə deyilib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, erməniləri haqqı tapdanmış, məzlum xalq kimi qələmə verməyə çalışan Ermənistan rəhbərliyi həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.
ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini dilə gətirməsi, əslində, heç nəyi dəyişməyəcək. Çünki artıq dünya Ermənistanın faşıst xisləti ilə tanışdır.
Eyni zamanda, Türkiyənin həm regionda, həm də bütün dünyada artan nüfuzu və yüksək inkişaf tempi bir çox dünya dövlətlərini, o cümlədən, ABŞ-ı ciddi şəkildə narahat etməyə bilməz.
Türkiyənin yerləşdiyi regionda baş verən əhəmiyyətli hadisələr də Baydenin bu addımı atmasına təsirsiz deyil. Demokratiya və insan hüquq və azadlıqları "istehsalçıları”nın münaqişə toxumları səpdiyi Liviya, Suriya, İraq və hətta Cənubi Qafqazda özünəməxsus ədalətli mövqe ortaya qoyan Türkiyəni uydurma soyqırımında ittiham etmək, planları pozulan müxtəlif dairələrin dövlətlərin çarəsizliyinin təzahürüdür.
Təsadüfi deyildir ki, Baydenin uydurma “erməni soyqırımı” ifadəsindən dərhal sonra Türkiyə dövlətinin başçısına telefon edən Prezident İlham Əliyev bu addımı tarixi səhv adlandırdı. Bəli, bu, çox ciddi tarixi səhv idi və onun nəticələri hələ uzun müddət dövlətlərarası münasibətlərdə özünü göstərəcək. ABŞ və NATO ölkələri, bütün Qərb anlamalıdır ki, onlar üçün çox böyük əhəmiyyət kəsb edən Türkiyə ilə belə davranmaq olmaz. Bu, daha çox onların özünə ziyandır.
Allahverdi HAXVERDİYEV, YAP Qubadlı rayon təşkilatının sədri