16:04 - Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan templə inkişaf edir - ŞƏRH
15:52 - Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında durmağa sövq edir - ŞƏRH
11:00 - Əməliyyat zamanı Vasifin bədənindən 6 qəlpə çıxarılıbmış
00:38 - Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb
23:07 - Təxliyə təyyarəsi Bakıya çatdı - Fotolar+Video
22:42 - “İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”
20:21 - Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir - YENİLƏNİB
12:51 - Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradıldı
01:39 - Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atır.
01:25 - Ermənistanı özünə qardaş seçən İran İslam dininə də hörmətsizlik edir
12:18 - Azərbaycan və Misir Prezidentləri təkbətək görüşdülər
22:14 - “İKİNCİ HOLOKOST-da ERMƏNİ İZİ”
21:57 - Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını təhvil verdi
20:42 - Əfqanıstan səfirliyi Tehran terrorunu pislədi
20:22 - Əfqanıstan səfirliyi Tehrandakı terror aktını pislədi
Orta Dəhliz lahiyəsinin güclənməsi Azərbaycan üçün əhəmiyyətli imkanlar yaradır.
Orta Dəhliz lahiyəsinin güclənməsi Azərbaycan üçün əhəmiyyətli imkanlar yaradır.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Prezident İlham Əliyev çıxış edərək mühüm məsələlərə toxunmuş, mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, region ölkələri və regiondan kənarda olan ölkələr haqqında mühüm mesajlar vermişdir. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Dövlətimizin başçısı iqtisadi layihələr, həyata keçirilən mühüm tədbirlərə toxunaraq bütün bu proseslərin icrasında önəmli elementlərdən olan sabitliyin əsas amil olduğunu qeyd etdi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun olduğunu da qeyd etdi və bildirdi ki, türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə mühüm töhfə olacaq. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün mövcud nəqliyyat-tranzit potensialından geniş şəkildə istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır. Prezident konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması barədə fikirlərini ifadə edərək İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin açılmasının milli maraqlara əsaslandığını bildirib. Dövlət başçısı bu qərarın sülhün möhkəmlənməsi işinə və bu dövlətlərdə uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini qeyd edib. Azərbaycan-İtaliya münasibətləri haqqında fikir bildirərkən dövlətimizin başçısı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandığını diqqətə çatdırdı. Bu da öz növbəsində Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığın növbəti əlamətidir. Konfransda Prezident İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir.
YAP Quba rayon təşkilatının sədri
Fidan Hüseynova.
VETENİM-AZERBAYCANDIR.AZ