18:14 - Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI
18:10 - SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb
18:44 - İlham Əliyevdən yeni rektor TƏYİNATI
18:41 - Ərdoğan qlobal iqtisadiyyatda güclü qasırğanın olacağını açıqladı
18:30 - Prezident: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
18:29 - Tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür
21:06 - Azərbaycan güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
21:03 - Xanlar Vəliyev təqaüdə göndərildi
20:56 - Məmmədbağır Əliyev "Şərəf" ordeni ilə təltif edilib
20:55 - Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
20:53 - İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
23:02 - Bu şəxslər 75 yaşına qədər vəzifədə qalacaqlar - Prezident qanun imzaladı
22:59 - TARİXİ ZƏFƏRDƏ DANILMAZ ROLU.
Bayden erməni "soyqırımı" ifadəsini işlətməklə tarixi, həm də siyasi səhvə yol verdi
ABŞ Prezidenti Co Baydenin erməni "soyqırımı " ifadəsini işlətməsi tarixi səhv olmaqla yanaşı, gələcəkdə, ABŞ kimi böyük bir dövlətin siyasi cəhətdən çox böyük bir səhvə yol verdiyi sübut olunacaq.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Teyyub Ərdoğan dəfələrlə Amerika və Ermənistana müraciət edərək bildirmişdir ki, arxivlərimizi sizin tarixçi alimlərinizin üzünə açırıq, buyurub gəlib araşdırma aparsınlar. Lakin bu çağırışa reaksiya verilmədi. Çünki, bilirdilər ki, arxiv sənədləri ilə tanış olsalar görəcəklər ki, soyqırıma məruz qalan ermənilər deyil, əksinə 1918- ci ildə ermənilər azərbaycanlı və Osmanlı türklərinə qarşı soyqırım törədiblər. Bunu həm Co Bayden, həm də erməni "soyqırımı"nı tanıyan bir sıra Avropa dövlətlərinin liderləri də yaxşı bilirlər. Co Bayden onun hakimiyyətə gəlməsində erməni lobbisinin böyük dəstəyi və maliyyə yardımı müqavilində onlara verdiyi vədi yerinə yetirdi. İkinci bir tərəfdən bu gün Türkiyə təkcə regionda deyil, bütün dünyada güclü və aparıcı bir dövlətə çevrilmişdir. Türkiyə NATO da hərbi gücünə görə ikinci dövlətdir, eyni zamanda Türkiyə dünyada balanslaşdırılmış bir siyasət aparır. Bu da bəzi dövlətlərin xoşuna gəlmir, Türkiyənin iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsinə qısqanclıqla yanaşırlar.
Co Baydenin bu müraciəti Cənubi Qafqaz regionunda yaranmış stabilliyin pozulmasına da gətirib çıxara bilər. Bildiyimiz kimi Ermənistanda Nikol Paşınyanı Amerikada fəaliyyət göstərən Sorus Fondu hakimiyyətə gətirmişdir. Ermənistanda bu ilin iyun ayında parlament seçkiləri keçirilməsi nəzərdə tutulur. Bu ölkədə hakimiyyətə gəlmək istəyən qüvvələr, xüsusilə revanşist düşüncəli insanlar, Co Baydenin bu fikirlərindən ruhlanaraq, istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı təxribatlar törədə bilərlər.
Ermənistan da onlara havadarlıq etmək istəyən dövlətlər də bilməlidilər ki, Azərbaycanla Türkiyə dost, qardaş olmaqla yanaşı, bir millət iki dövlətdir. Azərbaycanın istər sevincli, istərsə də kədərli günündə Türkiyə hər zaman Azərbaycanın yanında olmuş və ona dəstək göstərmişdir. Bu gün Azərbaycan dövləti də, Azərbaycan xalqı da Türkiyənin yanındadır və istənilən hər bir dəstəyi göstərməyə hazırdır.