01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Reyqanın məsləhətçisindən şok açıqlama: “Ermənilər türklərdən üzr istəməli olacaqlar””
Bir çox hərbi mütəxəssis, tarixçi və siyasətçi qondarma erməni soyqırımı iddiaları haqda danışarkən, əsl qurbanların türklər olduğunu bildirirlər.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, onlardan biri ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feyndir.
Feyn “Caucasus Online” saytına müsahibəsində Ağ Evin 1915-ci ildə Osmanlı dövründə baş verənlərlə bağlı araşdırma apardığını söyləyib:
“Reyqanın göstərişi ilə Avropada və Osmanlı arxivlərində araşdırma apardıq. Araşdırmada “erməni soyqırımı” iddialarının əsassız olduğu üzə çıxdı. 1.5-2 milyon erməninin öldürüldüyü iddiaları erməni tarixçiləri tərəfindən uydurulub”.
Erməni qeydlərinə görə, deportasiya olunan ermənilərin sayının 700 min civarında olduğunu və Osmanlı torpaqlarında qalanların sayının 280 min olduğunu bildirən Feyn öldürülən ermənilərin sayının təxminən 280 min olduğunu qeyd edib.
O hesab edir ki, 1915-ci ildə ermənilər daha çox türk öldürüb: “Erməni dəstələri Anadoluda 2.4 milyon insanı qırıblar”.
Osmanlı İmperiyasındakı bütün etnik və dini azlıqların türklərlə bərabər hüquqlara sahib olduğunu bildirən Feyn vurğulayıb: “Yunanlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər Osmanlı İmperiyasında yüksək mövqelərdə xidmət ediblər. Birinci Dünya Müharibəsi zamanı ermənilər vətənlərinə xəyanət etdilər və Osmanlının düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində ruslarla birlikdə Osmanlıya qarşı döyüşdülər. Türk və gürcü kəndlərini qarət etdilər, insanları qətlə yetirdilər.
Araşdırmalarımız zamanı türklər arxivlərini açdılar, amma erməni tərəfi arxivlərini göstərməkdən imtina etdi. Düşünürəm ki, bu arxivlər açılsa, bütün həqiqətlər aşkarlanacaq. Bu zaman ermənilər bütün dünyadan, xüsusən də türklərdən üzr istəməli olacaqlar”