11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
ADPU-nun Quba filialında şəhid Miqdad Abduləlimov adına auditoriyanın açılışı olub.
ADPU-nun Quba filialında şəhid Miqdad Abduləlimov adına auditoriyanın açılışı olub
ADPU-nun Quba filialında Şəhid adına növbəti auditoriya Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş Miqdad Faiq oğlu Abduləlimov adına açılıb.
Şəhid Miqdad Faiq oğlu Abduləlimovun adına auditoriyanın açılışı 27 oktyabr 2022-ci il tarixində filialın 2 nömrəli tədris binasında olub.
Tədbirdə filialın rəhbərliyi, kollektivi, Şəhid Miqdad Faiq oğlu Abduləlimovun valideynləri Tünzalə Abduləlimova, Faiq Abduləlimov və 20-yə yaxın Quba şəhidlərinin valideynləri iştirak edib.
Struktur rəhbərlərinin iştirakı vacibdir.
Tədbiri giriş sözü ilə açan dosent Y.Alıyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsini uca tutmaq daim bizlər üçün bir həyat örnəyinə çevrilmişdir. Bu münasibətlə ADPU-nun Quba filialı da Qubada Şəhid adına layiq olan ənənəni özünə məxsus şəkildə həyata keçirir.
Belə ki, ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Filialda mövcud olan bəzi auditoriyalara Vətən müharibəsində canlarından kçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın adları verilmişdir. Onlardan 15 sentyabr 2022-ci ildə Şəhid Nuran Akif oğlu Mirzəyevin adına xarici dil auditoriyasının açılışı olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında növbəti şəhid auditoriyası Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış Miqdad Faiq oğlu Abduləlimov adına auditoriya təşkil edirik.
Daha sonra çıxış edən Tünzalə Abduləlimova, Faiq Abduləlimov filialda dosent Yusif Alıyevin rəhbərıiyi ilə görülən işlərin əhəmiyyətini vurğulayaraq ali təhsil ocağında belə tərbiyəvi, nümunəvi işlərin görülməsini örnək kimi qiymətləndirmiş, əməyi keçən hər kəsə təşəkkür etmişdir.
Tədbirdə, həmçinin filialın əməkdaşları Nəhayət Şirinova, Şıxəmməd Seyidməmmədov, Eyvaz Şeydayev də çlxış edərək Şəhidlərimizin vətən qarşısında gördükləri misilsiz işlərdən, qəhrəmanlıqlardan danışaraq onları böyüdən, tərbiyə edən valideynləri qarşısında baş əydiklərini bildiriblər.
Daha sonra Şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
VETENİM-AZƏRBAYCANDIR.AZ