01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Azərbaycanlı alimin elmi tədqiqatı Avstraliyanın Neyrocərrahlar və Yeni Zelandiyanın Neyropatologiya Cəmiyyətləri tərəfindən qəbul edilib
Vetenim-Azerbaycandir.az
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin beynin işemik insultunun cərrahi müalicəsində tətbiq olunan yeniliklə bağlı elmi tədqiqatı Avstraliyanın Neyrocərrahlar və Yeni Zelandiyanın Neyropatologiya cəmiyyətləri tərəfindən qəbul edilib.
AZƏRTAC xəbər verir ki, tədqiqat hər iki ölkənin cəmiyyətlərinin rəsmi jurnalında dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək.
Tibb elmləri doktorunun bu elmi-praktik tədqiqatında işemik insult zamanı icra olunan ən yeni invaziv müalicə metodundan və onun hansı şəkildə tətbiq olunmasının önəmindən bəhs edilir.
Müəllif bu tədqiqatla sübut edib ki, beyin insultları zamanı çox nadir rast gəlinən və ümumi işemik insultların toplam olaraq 10 faizini təşkil edən xüsusi qrup xəstələrə tədqiqatda göstərilən şəkildə neyroradioloji müdaxilə edilərsə, onlar ölümdən qurtulur və əməliyyatdan sonrakı ümumi klinik nəticədə bu əməliyyatı keçirməyənlərlə müqayisədə ciddi şəkildə yaxşılaşma müşahidə edilir.
Qeyd edək ki, N.Abdullayevin bu elmi işi hələ 2019-cu ildə Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib və o, buna görə xüsusi təqaüdə layiq görülüb.
Həmin il oktyabrın 9-da Frankfurt şəhərində Avropanın 4 gün davam edən ən böyük və nüfuzlu Neyroradioloji Konqresində həmyerlimizin bu tədqiqatla sübut etdiyi elmi yenilik dünyanın neyroradiologiya üzrə ən qabaqcıl mütəxəssislərinin və alimlərinin diqqətinə çatdırılıb.