18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva müəllimləri təbrik etdi
Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər il oktyabırın 5 də müəllimlər günü qeyd olunur.
Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Əziz müəllimlər, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!
Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.
XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir.
Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?
Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir?
Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.
Əziz müəllimlər!
Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri
Zemfira Ağayeva
VETENİM-AZƏRBAYCANDIR.AZ