Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” - Video

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” - Video
3-10-2022, 14:05 126 dəfə baxılıb

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxışlar diqqət çəkib.
VETENİM-AZƏRBAYCANDIR.AZ Real TV-yə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Avropa dövlətlərinin başçıları açılışda İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və Avropada yüksək nüfuza malik olduğunu deyiblər.
Tədbirdə çıxış edən qonaqlar Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqlinə dair layihəyə görə minnətdar olduqlarını ifadə ediblər. Həmin çıxışlardan bir neçəsini təqdim edirik:

Avropa Komisiyasının sədri Ursola Fonderlyaen: “Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”. 
Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Şimali Makedoniya Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”. 
Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI