18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi Şuşada
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayevanın rəhbərliyi ilə bir qrup sahibkarlar Şuşada oldular. Sahibkar iş adamları,xüsusilə də memarlar Şuşada yeni layihələr və gələcək quruculuq işlərində fəaliyyət göstərmək, Şuşaya öz töhvələrini vermək arzusunda olduqlarını bildirdilər. Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva bildirdi ki, rəhbəri olduğu təşkilatda memarlar, tikinti şirkətlərinin rəhbərləri iştirak edir. Onlar Şuşada müəyyən işlər görmək arzusundadırlar. Prezidentimiz İlham Əliyev hər zaman sahibkarlara diqqət göstərir. Bizlər də Prezidentimizin yanında olaraq xalqımıza hər zaman layiqli şəkildə xidmət etməyə çalışırıq. Şuşa bizim üçün müqəddəs məkandır. Bizlər də Şuşada nələrsə etməyə çalışırıq. Bizə şərait yaratdıqlarına görə Prezidentimizə və onun işıqlı siyasətinə xidmət edən hər kəsə təşəkkür edirik.
Yenidənqurma işləri Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada sürətlə davam etdirilir.Qarabağın işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş və bildirmişdir ki, yaxın gələcəkdə Şuşa bu statusu ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.Şuşanın bir şəhər kimi bütün inkişaf tarixi Azərbaycanla bağlıdır. Son 28 ildə isə Ermənistan nəinki bu şəhərdə hər hansı bərpa işi görməyib, əksinə, burada Azərbaycan xalqının tarixi mədəni irsini məhv edib, şəhəri bərbad vəziyyətə salmışdılar. 44 günlük Vətən müharibəsinin gedişində müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi düşməni dərindən sarsıdıb və müharibənin taleyini həll edib. Yenilməz Azərbaycan Ordusu sıx meşələrin içərisindən keçərək sıldırım qayalıqlardan dırmaşıb və düşmən ordusunu qəfil həmləsi ilə çaşqın vəziyyətə salıb. Uğurlu Şuşa əməliyyatı və şəhərin işğaldan azad olunması müstəqil Azərbaycan Respublikasının hərb tarixinin ən şanlı səhifəsi kimi tarixə həkk olunub. Bugünkü Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas rəmzidir. Ümumilikdə isə Şuşa həm təbii-coğrafi gözəlliyinə və təbii iqlim xüsusiyyətlərinə, həm də Azərbaycanın ictimai-siyasi və mədəni tarixində oynadığı rola görə müstəsna əhəmiyyətə malik bir şəhərdir.
Son 28 ildə düşmənin Şuşada törətdiyi qarət və talanlar, burada azərbaycanlılara məxsus bütün tarixi mədəni irsi məhv etməsi bu şəhəri baxımsız və hər cür inkişafdan geri qalmış bir məkana çevirmişdi. Lakin artıq Şuşanın inkişafı üçün yeni bir dövr başlayıb. Məqsəd Şuşanın tarixi görkəmini bərpa etmək və bu şəhəri açıq səma altında muzeyə çevirməkdir. Hazırda Şuşa şəhəri gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir. Artıq Şuşada ümumşəhər miqyaslı tarixi bərpa, yenidənqurma və tikinti işləri davam edir. Şuşa özünün həm tarixi görkəmini bərpa edir, həm də dünyanın ən gözəl şəhərlərindən biri kimi yerli və xarici turistlərin diqqətindədir. Həmçinin Şuşada başlanan Xarı Bülbül Festivalı, Vaqif Poeziya Günü və bir sıra festivallar keçirildi, beynəlxalq mədəni tədbirlər təşkil edildi. Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin bərpası, Prezident İlham Əliyev qətiyyətinin isə təntənəsidir. Çünki Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Bundan sonra büstlərin öz yerində, lakin güllələnmiş halda nümayiş etdirilməsi Şuşaya gələcək hər bir xarici qonağa düşmənin əsl mahiyyətinin ifşası baxımından böyük təbliği əhəmiyyətə malikdir.
Şuşanın 28 illik işğalı dövründə şəhərdəki bütün tikililər kimi məscidlər də dağıdılmişdi. Hazırda Şuşadakı məscidlərin yenidən bərpası sürətlə davam edir.
Şuşadakı bərpa işləri nəticəsində vaxtilə şəhərdə mövcud olmuş bütün bulaqların əvvəlki fəaliyyəti bərpa edildi. Şəhərin ən məşhur bulaqlarından biri Natəvan bulağıdır. Bu bulaq da Heydər Əliyev Fondunun vəsaiti hesabına və yeni layihə əsasında bərpa edildi. Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcək.Beləliklə, yaxın gələcəkdə Şuşa özündə tarixiliklə müasirliyi əks etdirən, möhtəşəm tarixi zəfərimizin əsas rəmzi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr bərpa edilir. Azad Şuşanı əvvəlki görüşünə qaytarmaq, bərpa etmək üçün sürətlə quruculuq işləri davam edir. Gülşən Behbud
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ