14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
“Böyük Qaydış” jurnalının təqdimatı olub
Vetenim-Azerbaycandir.az
Ötən gün Bərdə rayon şəhid Elgiz Kərimov adına 4 saylı tam orta məktəbdə Leyla İslamqızının “Böyük Qaydış” Jurnalının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirin ilk dəqiqələrində Şəhidlərin ruhu ehtiramla 1 dəqiqəlik sükutla yad edilib.
Jurnalın müəllifi L.İslamqızı tədbirdə qonaq olan hər kəsə minnətdarlığını ifadə etdikdən sonra qısa məntiqlə bildirdi ki, “Böyük qayıdış” adlı jurnalın dərc edilməsində əsas məqsədi müasir, müstəqil Azərbaycanın banisi və quruculuğunun əsasını qoyan ümummili lider Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyəti və onun layiqli varisi, davamçısı, tarix yazan sərkərdə İlham Heydər oğlu Əliyevin dövlətimizə və xalqımıza şərəfli və əvəzsiz xidmətlərini işıqlandırmaq, onun daim yaddaşlarda yaşayacağını vurğulamaqdır.
Daha sonra tədbirdə iştirak edən ziyalılar, məktəb direktorları, jurnalistlərə də söz verildi. Söz alanlar, müəllifə uğurlar diləyənlər arasında Bərdə rayon şəhid Elgiz Kərimov adına 4 saylı tam orta məktəb direktoru Məmmədova Tofiqə Zahid qızı, 2 nömrəli məktəbin direktoru Əsədov Zülfüqar, 3 nömrəli məktəbin direktoru Hümbətova Səfurə, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzləyicisi Ədalət İsmayılov, müəllifin həmkarları, eyni zamanda, Bərdə rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri, hüquqşünas İsmayıl Zalov, İctimai televiziyanın bölgələr üzrə xüsusi müxbiri Şöhrət Eyvazov da müsbət fikirlərini bildirdilər.
“XəbərAl.az” saytının baş direktoru Mirismayıl Xələfiyə “Böyük qayıdış” jurnalının müəllifini təbrik etdikdən, ürək sözlərini çatdırdıqdan sonra, rəhbəri olduğu “XəbərAl.az” saytı adından Leyla xanım Məmmədovaya Fəxri Diplom təqdim edib.
Bildirib ki, Leyla Məmmədova, ölkə Prezidentinin apardığı daxili və xarici siyasətin dəstəklənməsində, respublikamızda dövlət quruculuğu prossesinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin formalaşmasında, 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlığına, Qarabağ qazilərinə, Şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyinə, təhsil sahəsində səmərəli fəaliyyətinə və ən əsası daşıdığı vəzifəsində ədalət prinsipinə, həmçinin mətbuatla saxladığı səmimi dost münasibətinə görə “XəbərAl.az” informasiya agentliyi tərəfindən Fəxri Diploma layiq görülüb.
Tədbirin sonunda Leyla xanım Məmmədova gələcəklə bağlı layihələrindən biri kimi “Böyük qayıdış” jurnalının kitab variantının da hazırlanacağını bildirdi.