19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
“Bu proqram çərçivəsində uşaq pulu verilə bilər” – Sosioloqdan təklif
“Dövlət uşaqpullarının verilməsində maraqlı olmalıdır”. Bunu Vetenim-Azerbaycandir.az Bakivaxti.az-a istinadən açıqlamasında sosioloq Zəminə Səfərova bildirib.
Sosioloq təklif edib ki, yaxın zamanlarda Uşaqlara dövlət qayğısı proqramı həyata keçirilsin: “Bu proqram çərçivəsində uşaq pulunun ayrılmasına start verilə bilər.
Uşaqların sağlam böyüməsinə və yaşayışına görə bütün məsuliyyət ailələrin üzərində olduğu halda, dövlət də uşaqlara sahib çıxmalıdır. Çünki gələcəkdə bu uşaqlar hərbi xidmət göstərəcək, dövlətə xidmət edəcək”.
Z.Səfərova qeyd edib ki, Azərbaycanda uşaq pulunun ləğv edilməsindən 15 il kəçib: “O dövrdən bu günə kimi bu məsələ zaman-zaman gündəmə gəlir. Həm cəmiyyətdə, həm sosial şəbəkələrdə xeyli müzakirələrin getməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Bəzi hökumət nümayəndələri hesab edirlər ki, Azərbaycanda aztəminatlı ailələrə uşaq pulu verilməsinə ehtiyac yoxdur, çünki onlara sosial yardımlar olunur. Bunu da belə əsaslandırırlar ki, ehtiyacı olmayan ailələrin uşaqlarına dövlət tərəfindən pul verilməsinə ehtiyac yoxdur. Lakin əhalinin çox hissəsi uşaqpulunun verilməsinə böyük ehtiyac olduğunu bildirirlərSosioloq bildirib ki, dünya dövlətlərin demoqrafik artımına nəzər salsaq görərik ki, bəzi dövlətlərdə əhalinin sıxlığı həddindən artıq böyükdür və dövlət o artıma qarşı müəyyən tədbirlər görməkdədir: “Bir sözlə belə başa düşmək olar ki, bəzi dövlətlərdə əhalinin sıx olduğu üçün təbii artımın qarşısını almaq üçün tədbirlər və sanksiyalar həyata keçirilir. Məsələn, Çin və bəzi Cənub-Şərqi Asiya ölkələri. Bəzi ölkələrdə isə əksinə təbii artım mənfi balansdadır, yəni ölkədə doğulanlarla ölənlərin nisbətində ölənlərin sayı daha çoxdur. Buna görə də bu tipli dövlətlər təbii ki, əhali artımının tərəfdarıdırlar və bunu həmin dölətlər əhalinin artımı üçün kompleks tədbirlər planı həyata keçirirlər (məsələn yüksək məbləğdə uşaq pulu, təhsildə və uşaq müəssisələrində müəyyən güzəştlərin tətbiqi). Azərbaycana gəldikdə isə bu vəziyyət bir az fərqlidir. Düşünmürəm ki, bizdə uşaq artımının qarşısını alınması üçün uşaq pulları verilmir.
Azərbaycanda digər bəzi ölkələrdən fərqli olaraq əhali həddindən artıq sıx olmasa da, təbii artım da katostrafik vəziyyətdə deyil. Amma yenə də bütün bunlara baxmayaraq Azərbaycanda uşaqpulunun kəsilməsi başadüşülən deyil. Azərbaycan bu sahədə öz modelini təklif etməlidir və Azərbaycan vətəndaşlarına uşaqpulu verilməsi hər halda bərpa olunmalıdır.
Uşaq Fondu yaradılmasına normal baxmaq olar. Bu təcrübə bir çox ölkələrdə də var. Lakin belə fondlardan hər hansı bir ehtiyaca görə ailələrə birdəfəlik yardım vermək mümkündür. Lakin daha yaxşısı dövlət özü uşaqpullarının verilməsində maraqlı olmalıdır”.