17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Özünü vəzifəli şəxs kimi təqdim edərək baş həkimdən rüşvət alan şəxs tutulub
Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan Vetenim-Azerbaycandir.az-a verilən məlumata görə, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bununla əlaqədar, Baş İdarə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunub.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanıb, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.