18:51 - Təbrik edirik.
18:49 - Zəfər Günü Şəhid anası Dürnisə Əliyeva ziyarət olundu
18:43 - COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu təhvil verilib - RƏSMİ
18:42 - Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib
18:35 - Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
18:35 - Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
18:34 - Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
18:31 - ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib
00:45 - Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:41 - Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
11:42 - Şuşada Zəfər Günü münasibətilə yürüş keçirilib
11:40 - Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
11:38 - Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib
11:36 - Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edir
Həbs edilən generallar Eldar Mahmudovun ən yaxın kadrlarıdır
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilib.
“Vetenim-Azerbaycandir.az” bu məqamda həbs edilən generallarla bağlı məlumatları təqdim edir.
Mövlan Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi olub. 1958-ci ildə Ağdaşda anadan olan general bu posta məhz ləğv edilmiş MTN-nin sabiq rəisi Eldar Mahmudov tərəfindən gətirilib.
Maraqlıdır ki, general-mayor Mövlan Şıxəliyev bundan öncə də hüquq-mühafizə orqanlarında çalışıb. Lakin o, işində yol verdiyi nöqsanlara görə bir neçə dəfə tutduğu vəzifədən kənarlaşdırılıb. M.Şıxəliyev sonuncu vəzifəsinədək hüquq-mühafizə orqanlarında iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində əməliyyat müvəkkili olub. Mövlan Şıxəliyev barədə dövrü mətbuatda kifayət qədər şikayət məktubları işıqlandırılıb. O, daha çox vətəndaşlardan, xüsusən də iş adamlarını "ilişdirməkdə", onlardan bu səbəbdən rüşvət almaqda ittiham edilir.