Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu məmurlar da istefaya göndərilə bilər

Bu məmurlar da istefaya göndərilə bilər
3-04-2021, 20:12 333 dəfə baxılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi islahatların növbəti mərhələsi kimi xarakterizə edilir.
 
Vetenim-Azerbaycandir.az xəbər verir ki, Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə "Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı.
 
Ötən ilin iyulunda keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini tənqid etməsi yenidən ictimai diqqəti Əhməd Əhmədzadənin üzərinə yönəltdi. Müşavirədən dərhal sonra onun işdən çıxarılacağı barədə məlumat yayıldı. Ancaq bu dəfə də gözləntilər özünü doğrultmadı.
 
Ekspertlər hesab edir ki, Əhməd Əhmədzadənin, nəhayət, işdən çıxarılması artıq yerində möhkəm oturan məmurların komandadan kənarlaşdırılması prosesinin başlanğıcı hesab edilə bilər. Onların fikrincə, bu mərhələdə "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sədri Cahangir Əsgərov və "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov da istefaya göndərilə bilər.
 
Su təsərrüfatına həsr olunmuş müşavirədə Qorxmaz Hüseynov da Əhməd Əhmədzadədən az tənqid olunmayıb. Digər tərəfdən, o, bu yaxınlarda Türkan qəsəbəsində yerləşən 100 milyonluq villası ilə gündəmə gəlmişdi. Qorxmaz Hüseynovun dəbdəbəli həyatı ictimai narazılığa səbəb olmuşdu. Bu baxımdan, onun da yeni kadrla əvəzlənəcəyi barədə deyilənlər inandırıcı görünür.
 
Cahangir Əsgərovla Cavid Qurbanova gəlincə, bu günlərdə Prezidentin sərəncamı ilə onların rəhbərlik etdikləri qurumun müşahidə şuraları yaradılıb. Bununla yanaşı, AZAL və ADY İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, Cahangir Əsgərovla Cavid Qurbanovun rəhbərliyi faktiki olaraq formal xarakter daşıyır. Güman ki, yaxın vaxtlarda onların karyerasına son qoyulacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI