17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır
"Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə vəzifə başında əyləşən yerli İcra başçıları, məsuliyyətsiz məsul orqanların fəaliyyəti deyil, fəaliyyətsizliyi barəsində hər gün media gündəmində məlumatlar dərc olunur. Prezident İlham Əliyevin göstərişinə əsasən islahatlar keçirildi. Çoxları yalnız işdən azad edilməklə deyil, həbs cəzası ilə də cəzalandırıldılar.
Lakin, çox təəsüflər olsun digər məmurlar bu qədər görülən tədbirlər, kəsilən cəzalardan heç bir nümunə götürmək istəmirlər.
Görünür hələ də onlar "vəzifə borcu" deyərkən, düz gözlərinin önündə olan, hər baxanda "dərindən nəfəs alıb, özlərini xoşbəxt hiss etdikləri" seyfə yığdıqları məbləği başa düşürlər. Hansı ki, idarəçiliklərində olan ərazinin sakinlərinə xidmət etmək, onların problemləri ilə maraqlanıb, həll etmələri üçün Prezident tərəfindən o vəzifəyə təyin olunduqlarını ya dərk etmirlər, ya da toxunulmaz hesab etdikləri vəzifəyə arxalanıb, kimsədən qorxmadan, Prezidentin tapşırıqlarına, əmrlərinə qeyri-ciddi yanaşırlar.
Dogruxeber.az olaraq mövzunu bu qədər aqressiv açmamıza səbəb redaksiyamıza hər gün gələn vətəndaş ərizələri, vətəndaş şikayətləridir ki, izləyicilərimiz də bu həqiqətin hər zamankı şahidləridir.
Vəzifəyə təyin olunan kimi bütün varlığı ilə "taxt-tacına hopub" "şah"ı olduqları məmləkətin əhalisini görməmək üçün onlarla "aralarına pərdə çəkən" İcra Hakimiyyəti başçılarından biri də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
Demək olar ki, hər gün bir rayonun sakini öz rayonunda rastlaşdığı problemin işıqlandırılması üçün müraciət edir, eyni zamanda hər gün bununla bərabər başqa-başqa Mingəçevir sakinləri tərəfindən də şəhər İcra Hakimiyyətindən, İlham İsmayılovdan gileyli müraciətlər redaksiyamıza daxil olur
Vetenim-Azerbaycandir.az