17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı:
Baş nazir Əli Əsədov “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Vetenim-Azerbaycandir.az ın məlumatına görə, qərara əsasən, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.
Qərara əsasən, həmçinin, elektrik qurğularının şəbəkəyə qoşulması üçün texniki şərtlərə də dəyişiklik edilib.
Müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.