01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
TƏBİB-dən qorxunc açıqlama: Çox ağır gedişat görürük, hətta itkilərimiz var
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.
Vetenim-Azerbaycandir.azxəbər verir ki, Y. Qarayeva APA-ya bildirib ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur: “Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir.
Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.
Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir:
“Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.