00:20 - Şuşada Bayraq Meydanının açılışı olub
00:12 - Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub
00:10 - Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
00:07 - İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
00:02 - Ağdam şəhərində "İmarət" stadionunun təməli qoyulub
23:53 - Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
23:53 - İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib
23:51 - İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib
01:07 - Heydər Əliyev Fondunun vitse-prezidenti Biləsuvarda yeni inşa edilən məktəbi ziyarət etdi
12:24 - Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM
12:23 - Qarabağ Universitetində YENİ TƏYİNAT
12:21 - Bu gün Milli Musiqi Günüdür
12:19 - Türkiyənin baş qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
12:16 - Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu
Kreml Azərbaycanın təqdim etdiyi fürsətlərə üstünlük verir – TƏHLİL
Azərbaycanın diplomatiyada və iqtisadi sahələrdə təşəbbüsü ələ alması fonunda Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi Ermənistanın yardım üçün saman çöpünə əl uzatmasına gətirib çıxarır. Beynəlxalq dəstəkdən məhrum olan, regional layihələrindən kənarda qalan Ermənistanın son çırpınışları əbəsdir.
Fevralın 1-12-si tarixlərində Azərbaycanla Türkiyə Qarsda birgə hərbi təlimlər keçirib. Bundan sonra Azərbaycan 15-18 mart tarixlərində 10 min nəfərlik təlimlərə start verdi.
Hərbi təlimlərin fonunda Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi strategiyası da Ermənistanın qorxularının miqyasını artırdı.
Düzdür, Ermənistan da martın ortalarında təlim keçirdi, amma darmadağın edilmiş ordu ilə nə təlim keçirmək olar?! Hərçənd ki, Ermənistanın ordusunun texnikası da qalmayıb.
Ermənistanda yaranan dramatik və acınacaqlı vəziyyətdən çıxış yolu üçün İrəvan əqrəbləri şimala – Rusiyaya tutmağa çalışır.
Ermənistanın səyləri Samuel Bekketin “Qodonu gözləyərkən” əsərinin personajları kimi naməlum, məchul bir qüvvəyə mistik inamı gündəliyə gətirir.
Çünki Rusiya Ermənistana praktiki olaraq yardım etmir və buna görə də Ermənistan üçün “Qodo” kimi ümiddən başqa bir şey deyil.
Məğlub ölkə erməni kilsəsinin dindarları kimi şikayətqarışıq dualarını da gündəliyə gətirir.
Martın 23-də Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan bir neçə saat fərqlə rusiyalı həmkarı Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla telefon danışığında təhlükəsizlik və iki ölkə arasında ortaq hərbi əməliyyatların keçirilməsini müzakirə edib.
Martın 25-də həmin danışıqlar barədə parlamentdə məlumat verən V.Arutyunyan şikayəti şikayətə calayıb və Türkiyə-Azərbaycan ordularında inteqrasiyanın getdiyindən narahatlığını ifadə edib. Buna görə Ermənistan ordusunun problemlərini və təhlükəsizlik məsələlərinin Rusiya tərəfi ilə birgə yeni addımlar atılmasının tələb olunduğunu bildirib.
Amma Rusiyanın bu məsələyə diqqət etməsi şübhə altındadır.
Birincisi, nəzərə alaq ki, Türkiyə Rusiya ilə toqquşan maraqlar kontekstində belə NATO üzvü kimi Cənubi Qafqazda yaranan yeni geosiyasi fürsətlərdən imtina etmək niyyətində deyil.
İkincisi, Rusiya Türkiyə ilə qarşıdurma siyasətindən imtina edir və kəsişən maraqlar olsa belə birgə razılığa gəlməyi üstün tutur.
Bu mənada Azərbaycan-Türkiyə birgə təlimləri və Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi Rusiyada ən pis halda narahatlıq yarada bilər.
Üçüncüsü, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Türkiyə-Rusiya üçbucağı mühüm çəkiyə malikdir. Zəngəzur dəhlizi vasitəsilə ilə iqtisadi əlaqələrin perspektivi Azərbaycanın Rusiya üçün də xoşməramlı yeni regional fürsətlər təqdim etdiyinin göstəricisidir.
Rusiyanın isə bu fürsətləri qaçırmaq əvəzinə blokadada qalan Ermənistanla əlaqələri gücləndirməsi real görünmür.