17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Paşinyanda müharibədəki itkilərlə bağlı SENSASİON ETİRAF
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün vətəndaşlar qarşısında çıxışı zamanı müharibə qurbanlarının sayı barədə danışıb.
Vetenim-Azerbaycandir.az-ın məlumatına görə, Paşinyan iddia edir ki, əvvəllər bəlli olmayan faktlar ortaya çıxsa belə, ölü sayı dörd mini keçməyəcək. O, bildirib ki, hazırda 189 ailə DNT ekspertizasının cavabını gözləyir.
Baş nazir qeyd edib ki, Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısı dəqiqləşdirilməlidir. Paşinyan eyni zamanda Ermənistan ordusunun döyüşlərdə 5 mindən çox, bəzən 10 minə yaxın hərbçisinin ölməsi ilə bağlı məlumatlara da münasibət bildirib.
"Ölkə onsuz da böyük itkilərə məruz qalıb, siyasi spekulyasiyalar naminə bu rəqəmləri ikiqat söyləmək və ya üç dəfə artırmaq lazım deyil".
Xatırladaq ki, Paşinyanın iddia etdiyi rəqəmlər (Ölü sayının 4 mini keçməməsi - red) reallığı əks etdirmir. Ermənistan tərəfinin indiyədək açıqladığı ölü sayı 2460 nəfərdir. Bundan əlavə, Qarabağda döyüşlər başa çatdıqdan sonra 1503 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkar edilərək qarşı tərəfə təhvil verilib.
Ermənistanın səhiyyə naziri Anait Avanesyan bu yaxınlarda yerli KİV-ə açıqlamasında bildirmişdi ki, Qarabağ müharibəsində ölmüş bəzi erməni hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, 210 cəsədin kimliyi hələ də müəyyən edilməyib.
Bundan əvvəl isə Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ölkəsinin ikinci Qarabağ müharibəsində 5 min itki verməsi barədə məlumat aldığını bildirmişdi. Görünür, Paşinyan hələ də itki sayını gizlətməklə xalqın qəzəbindən yayınmağa çalışır.