Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AZƏRKİTABDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ

AZƏRKİTABDA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ
19-03-2021, 23:10 664 dəfə baxılıb

Neapol-Bakı Assosiasiyası və "Azərkitab"ın birgə təşkilatçılığı ilə gənc rəssam Həmidə Babayevanın şəhidlərin xatirəsinə həsr olunan əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgi “Azərkitab”ın nəzdində fəaliyyət göstərən “Əzim Əzimzadə” adına Qalareyada baş tutub.  
Tədbiri giriş sözü ilə “Neapol-Bakı”Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov açıb.
Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayn formatda təşkil olunub. Çıxış edən qonaqlar yaradıcı gəncin Vətən müharibəsi tarixini əbədiləşdirməsini yüksək qiymətləndiriblər. Sonda gənc rəssam Həmidə Babayevaya “Vətən müharibəsi şəhidlərinin ailələrinə göstərdiyi diqqət və qayğıya görə”  “Azərkitab”ın və Neapol-Bakı Assosiasiyasının Fəxri fərmanları təqdim edilib.






Vetenim-Azerbaycandir.az
Sabir İsmayılov

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI