Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"10 il sonra Ermənistan adlı bir dövlət olmayacaq" - Türkiyəli tarixçi alim

"10 il sonra Ermənistan adlı bir dövlət olmayacaq" - Türkiyəli tarixçi alim
18-03-2021, 12:47 447 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az

I Dünya Müharibəsindən sonra istər dünyada, istər Orta Şərqdə, istərsə də Qafqazda türk və İslam dünyasını bölüb zəiflətmək üçün Ermənistan yaradıldı.
Bunu Milli.Az-a açıqlamasında türkiyəli tarixçi alim, professor Şevki Karabəkiroğlu deyib.
Türk tarixçi bildirib ki, Ermənistan Cənubi Qafqazda türk dünyasını bölmək, Azərbaycanı parçalamaq üçün qurulub:
"Türk dünyasını parçalamaq üçün Ermənistan Cənubi Qafqaza qondarma bir xalq kimi daxil edildi. Əslində isə tarixə nəzər salınsa Qafqazda heç vaxt erməni yaşamayıb. Onlar Qafqaza köçürülnə qədər əsasən Anadoluda yaşayırdılar. Bizans hücumları nəticəsində ermənilər əsasən Qaradənizin şimalına köçmüşdülər. Osmanlı zamanında osmanlıların azlıqlara gətirdiyi rahatlıq səbəbindən yenidən dönüb Anadoluya köçmüşdülər.İndi Qafqazda möbcud olan erməni əhalisi I Dünya Müharibəsindən sonra istər ingilislərin, istərsə də rusların zorla pul müqabilində Rusiyadan, Suriyadan, Liviyadan köçürülənlərdir. Yoxsa, İrəvan 100 il əvvələ qədər bir türk şəhəri idi. Orada süni yollarla erməni əhalisinin sayını artırdılar, o ərazidə qoondarma bir Ermənistan adlı dövlət qurdular. Beləliklə də, türk dünyasını parçalamaq kimi istəklərinə çatmış oldular. Bununla sadəcə türk dünyasını yox, Azərbaycan torpaqlarını da böldülər. Yəni bir daşla bir neçə quş vurmuş oldular.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI