17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Ermənilər Rusiyaya xəyanət etdilər: NATO təlimlərində sürpriz - VİDEO
Məşhur rusiyalı hərbi jurnalist Aleksandr Xarçenko bildirib ki, NATO-nun keçirəcəyi "Defender Europe 2021" təlimlərinə Ermənistan da qatılmaq niyyətindədir.
"MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan faktiki olaraq Rusiyanın əleyhinə yönəlmiş manevrlərə qatılır. 27 ölkənin iştirak edəcəyi bu təlimlər zamanı Rusiyanın sərhədlərinə ABŞ hərbi birləşmələrinin yeridilməsi təmrinləri yerinə yetirələcək. NATO üzvü olan ölkələr məlum. Lakin amerikalılara Avropada hərbi birliklərini döyüş şəraitində yerləşdirməklə bağlı məşqlərdə onlara Ermənistan da yardım edəcək. O da məlumdur ki, Ermənistan öz ərazisində NATO hərbçilərinin yerləşdirilməsinə icazə verib.
Qarabağ münaqişəsinin nizamlanmasında, daha doğrusu Qarabağda hərbi əməliyyatlara son qoyulmasında Rusiyanın yardımına və iştirakına rəğmən, Ermənistan Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirmək niyyətində deyil. Sizdən "Rusiya niyə Qarabağa qoşunlarını yollamadı?" soruşanda bu fotonu göstərin.
Ermənistan aşkar anti-Rusiya təlimlərində iştirak edir. Ermənistanın siyasi və hərbi rəhbərliyi işıqlı gələcəyə kiminlə birlikdə addımlayacaqlarına qərar verməlidir. Çox qəribədir. Bir tərəfdən ermənilər deyirlər ki, "Türkiyə Ermənistanın düşmənidir", digər tərəfdən erməni əsgərlər türklərlə çiyin-çiyinə duraraq amerikalıların Avropaya qoşun çıxarmalarına yardım edəcəklər. Eyni zamanda iki kətildə oturmaq mümkün deyil", - A.Xarçenko yazıb.