17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Erməni deputatdan Ter-Petrosyana sərt ittihamlar: “Öz keçmişinə bax!”
Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasının təmsilçisi Ovik Ağazaryan eks-prezident Levon Ter-Petrosyanı sərt tənqid edib. Azvision.az xəbər verir ki, o, gözlənilmədən baş nazirin əleyhinə çıxış edən eks-prezidentin dönüb öz keçmişinə baxmasını məsləhət bilib.
Ovik Ağazaryan keçmiş prezidenti saxtakarlıqda ittiham edərək deyib: “1995-ci il parlament və 1996-cı il prezident seçkilərini saxtalaşdıran, 1998-ci seçkilərində qorxaq kimi qaçan, 2013-cü il prezident seçkilərindən cəmi üç ay əvvəl məsuliyyətdən boyun qaçıraraq 68 yaşında olduğunu iddia edən bir adam nə qədər həyasız olmalıdır ki, Ermənistanda siyasi sabitliyə yönəlmiş təzahürlər olduğu bir vaxtda belə qəribə təklif versin”.
Deputat iddia edib ki, ölkədəki bütün mənfi hadisələrdə ən böyük məsuliyyət payını Levon daşıyır.
Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.
Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.
Vetenim-Azerbaycandir.az