17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Haaqada azərbaycanlı diaspor fəalları ilə görüş keçirilib
Ölkəmizin Niderland Krallığındakı səfirliyində bu ölkədə yaşayan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə görüş keçirilib.
Vetenim-Azerbaycandir.az AZƏRTAC ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə fərqlənən icma üzvlərinə medal və təşəkkürnamələr təqdim edilib.
Bildirilib ki, Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi medal və təşəkkürnamələrini bu ölkədəki diaspor assosiasiyalarına və diaspor fəallarına təqdim edərək, onlara diaspora fəaliyyətlərində uğurlar arzulayıb.
Diaspor nümayəndələrimiz onlara göstərilən etimad və diqqətə görə Azərbaycan dövlətinə təşəkkür edib, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərini gələcəkdə daha da gücləndirəcəklərini vurğulayıblar.