01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Sahibkarlığın inkişafına vurulan zərbə Azərbaycan iqtisadiyyatının məhvi deməkdi
Vetenim-Azerbaycandir.az
Nazirlər kabinetinin 21.12.2018ci il tarixli Qərarına əsasən Sahibkarlıq subyektlərinin meyarları təsdiq olunub. Sahibkarlıq yalnız biznes və ya bazar iqtisadiyyatı deyil.
Sahibkar öz işinə uğurla başlamaq, onu uğurla davam etdirmək və bu uğuru qorumaq üçün bir sıra hüquqi qaydalara rəayyət etməli və ona vurulan maddi və mənəvi zərərdən özünü qorumaq üçün vətəndaşı olduğu dövlətin və ya vilayyətin konstitutsiya qanunlarını bilməlidir. Bəzən Sahibkar illərlə çəkdiyi əziyyətdən heç bir gəlir əldə etmədən onu itirməklə tetatet qalmaq riskini aradan qaldırmaq üçün dövlətin hüququna sığınır. Məhz bu zaman məmurlarla Sahibkarlar üzüzə qalır.
Respublika Qadın Sahibkarlar cəmiyyətinin ictimai birliyinin sədr müavini, Lənkaran şöbə sədri, Hacı xanım İsmayılova Zərintac İsmayıl qızı öz rayonlarında məmur özbaşınalığının qurbanına çevrilib. Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev və hörmətli Prezidentimiz İlham Əliyev cənablarının tövsiyyələrinə əsasən, ölkəmizdə gedən abadlaşdırma işlərinə təkan vererək, 07.10.2019cu il tarixində 07 saylı Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə Lənkəran regional təssərrüfat mərkəzi HAFTONİ meşəbəyliyindən 2ha meşə sahəsini, 15il müddətində müqavilə ilə icarəyə götürmüşdür.. Ancaq bəzi məmurlar Z.İsmayılova xanımın iş fəaliyyətinə xələl gətirərək, xanımda ruh düşgünlüyü yaradaraq, dövlət hüquqlarımıza zidd olaraq Z.İsmayılova xanıma aid sahəni 13.05.2020ci ildə Saxta müqavilə ilə “Azerbaycan Beynəlxalq Təhsil mərkəzi”-ictimai birliyi adı altında fəaliyyət göstərən təşkilatına yəni Xalid Məmmədova 2illiyə icarəyə veriblər. 15 illik müqavilə bitmədən, əlində icarə torpaq çıxarışı olduğu halda saxta müqavilə ilə Z.İsmayılova xanıma aid olan meşə sahəsini necə 2ci şəxsə icarəyə vermək olar ?! Bununla əlaqadar olaraq xanım Z.İsmayılova Ekologiya və təbii sərvətlər nazirliyi yanında meşələrin inkişafı xidmətinin rəisinin yəni NAMIQ XIDIROVUN yanında olub. Z.İsmayılova xanım Haqqlı iradlarını bildirib. Sahibkarlıq etdiyi halal əməyinə manə olanlara Prezidentimizin çıxışlarından olan bəzi nyusları xatırladıb..
Xanım Z.Ismayılovanın iradlarına məhəl qoymayan “məmur-rəis”, Namiq Xıdırov, Sahibkar Z.İsmayılova xanımın bir Türk kadını-Türk Anası olmasını da unudub. Xanım Z.Ismayilova qarşı tərəfin nəlayiq təhqirlərinə məruz qalıb.. Namiq Xıdırov, “Meşə mənimdi, özüm bilərəm kimə verərəm!”- deyərək Şəxsiyyətini alçaltdığı xanımın Sahibkarlıq işlərinə qara qüvvə kimi kölgə salıb…
Bu qədərmi dövlətdə özbaşınalıq hökm sürür.
Sahibkar xanım Z.İsmayılova hakkını tələb etmək üçün Azerbaycan respublikası Lənkəran rayon məhkəməsinə yazılı şikayyətini bildirib.
Lənkəran dövlət hüquq orqanlarında da bu məsələ haksız tərəfin hüquqlarını qoruyub.
Qadın Sahibkarın hüquqları tapdanaraq, ona küllü miqdarda maddi zərər dəyib. Eyni zamanda ciddi psixoloji təsirlərə məruz qalıb.
Bizim güclü dövlətimiz və mükəmməl qanunlarımız var.
Ümidvarıq ki, bu haksızlıq yerdə qalmayacaq..
Mən Prezidentimiz İLHAM ƏLİYEV cənablarına və Dövlət qanunlarımıza inanıram.