Prezidentimizin dəfələrlə sərt çıxışlarındakı xəbərdarlıgına baxmayaraq, məmur özbaşınalığı, ədalətsizliyi hələ də davam edir..və əksinə sanki lap azgınlaşıblar.Cəmiyyətin yaşam rifahının yaxşılaşdırılması probleminin ən həssas nöqtəsi olan SAHİBKAR təbəqələrə qarşı Məmurlar tərəfindən bu günkü günə kimi bu cür biganə ədalətsiz yanaşma davan edirsə, onda əhalinin yerdə qalan təbəqəsinin vay halına.
Müsahibimiz: Respublika Qadın Sahibkarlar cəmiyyətinin ictimai birliyinin sədr müavini, Lənkaran şöbə sədri İsmayılova Zərintac İsmayıl qızı öz rayonlarında məmur özbaşınalığının qurbanına çevrilib. Belə ki, Ümummilli Liderimiz Heydər Əliyev və hörmətli Prezidentimiz İlham Əliyev cənablarının tövsiyyələrinə əsasən, ölkəmizdə gedən abadlaşdırma işlərinə təkan vererək, 07.10.2019cu il tarixində 07 saylı Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə Lənkəran regional təssərrüfat mərkəzi HAFTONİ meşəbəyliyindən 2ha meşə sahəsini, 15il müddətində müqavilə ilə icarəyə götürmüşdür.. Ancaq bəzi məmurlar Z.İsmayılova xanımın iş fəaliyyətinə xələl gətirərək, xanımda ruh düşgünlüyü yaradaraq, hələ də sıxışdırmağa davam edirlər. Z.İsmayılova xanıma aid sahəni 13.05.2020ci ildə Saxta müqavilə ilə "Azerbaycan Beynəlxalq Təhsil mərkəzi"-ictimai birliyi adı altında fəaliyyət göstərən təşkilata 2illiyə icarəyə veriblər. 15 illik müqavilə bitmədən, əlində icradan icarə torpaq çıxarışı olduğu halda saxta müqavilə ilə Z.İsmayılova xanıma aid olan meşə sahəsini neçə icarəyə verə bilərsiniz ?!
Bununla əlaqadar olaraq xanım Z.İsmayılova Ekologiya və təbii sərvətlər nazirliyi yanında meşələrin inkişafı xidmətinin rəisinin yəni NAMIQ XIDIROVUN yanında olub. Haqqlı iradlarını bildirib. Sahibkarlıq etdiyi halal əməyinə manə olanlara Prezidentimizin çıxışlarından olan bəzi nyusları xatırladıb..
Xanım Z.Ismayılovanın iradlarına məhəl qoymayan "məmur-rəis", xanımın bir Türk kadını-Türk Anası olmasını da unudub. Xanım Z.Ismayilova qarşı tərəfin nəlayiq təhqirlərinə məruz qalıb.. "Meşə mənimdi, özüm bilərəm!"- deyərək xanımın Sahibkarlıq işlərinə qara qüvvə kimi kölgə salıb...
Bu qədərmi dövlətdə özbaşınalıq hökm sürür..
XEYİR, Heç də belə deyil. Bizim gözəl qanunlarımız və millətini sevən Prezidentimiz var.
"Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir". -deyir hörmətli Prezidentimiz
İLHAM ƏLİYEV.
Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq.
İLHAM ƏLİYEV.
Ancaq bilin və ağah olun, ay xain və rüşvətxor məmurlar, Xalq öz Prezidentinin arxasındadır, o dəmir yumruq inşallah tezliklə sizin xain başınıza enəcək...
Naile Muradova.
Vetenim-Azerbaycandir.az