21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Şəhid Ürfan Orucov.
Vetenim-Azerbaycandir.az
Ürfan Firdovsi oğlu Orucov 1996-cı il Oktyabrın 9-da Şabran rayonunda anadan olub. Orta məktəbi Şabranda başa vuraraq 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasına daxil olub. 2018-ci ildə akademiyanı bitirərək hərbi xidmətə yollanıb. "N" saylı hərbi hissədə əvvəlcə əsgər, sonra isə "kiçik çavuş" kimi "manqa komandiri" olur. 2019-cu ildə xidmətini başa vuraraq geri qayıdıb. 2020-ci ildə sentyabrın 21-də səfərbərlik haqqında qanuna əsasən təlimlərə qatılır, 27 sentyabrdan döyüşlərdə iştirak edir, Füzuli və Cəbrayıl bölgələrində bir çox ərazilərin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edir. Göstərdiyi şücaətə görə döyüşlər davam edən zaman "gizir" rütbəsi alır. Belindən zədə alsa belə müalicədən boyun qaçırıb, müalicəsini israrla istəyən qardaşına "əsgərlərimi tək qoysam vicdanım buna dözməz"-deyərək döyüşlərə davam edib. Oktyabrın 11-də səhər saatlarında ailəsi ilə telefon əlaqəsi qurarkən sanki sonnuncu zəngi olduğunu hiss edirmiş. Səsi xırıldadığı üçün ilk öncə ailəsi onun yaralı olduğunu düşünür. Ürfan qəhrəman əsgərləri ilə birlikdə 3 günlük müharisədən döyüşərək çıxdığını ailəsinə deyir. Ailəsinə son dəfə "özünüzdən muğayat olun" deyir. Elə həmin günü oktyabrın 11-i günorta saatlarında Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb, bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarsa da, həmin döyüşdə Ürfan Orucov düşmənin iki snayper gülləsi ilə şəhadətə ucalıb. Bir gün sonra oktyabrın 12-də Şabran Rayonu Şəhidlər Xiyabanında xalqın böyük izdihamı ilə dəfn edilib. Ölümündən sonra qəhrəmanımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Ruhun şad olsun, şəhidim!
Şəhid Ürfan Orucov
İgidlik dastanını,
Qanınla yazıb getdin.
Düşdüyün döyüşlərdə,
Düşməni viran etdin.
Dinləmədin heç kimi,
Dedin "yerim səngərdi,
Bu gün mən döyüşməsəm
Bitməz Vətənin dərdi."
Döyüşdün Gizir Ürfan,
Son damla qanınadək.
Qismətinə yazıldı,
Şəhid olaraq ölmək.
İndi məzar başında,
Ağlayır doğmaların.
Kim bilir ki, nə qədər,
Var idi arzuların.
Esmira Günəş
"Unutmadıq şəhidim!" layihəsinin rəhbəri