Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid Nurmətov Çoban Razəddin oğlu

Şəhid Nurmətov Çoban Razəddin oğlu
14-02-2021, 20:33 1 631 dəfə baxılıb

Vetenım-Azerbaycandir.az
Şəhid Nurmətov Çoban Razəddin oğlu.     Nurmətov Çoban Razəddin oğlu 23 noyabr 1984-cü ildə Qusar rayonu Cibir kəndində doğulub. Orta məktəbi həmin kənddə oxuyub. Sonra 2 il Hərbi dəniz qüvvələrində xidmət edib. Həqiqi hərbi xidmətdən sonra hərbiyə olan həvəsi üstün tutaraq gizirlik kurslarına yazılıb və hərbidə "gizir" rütbəsində xidmətə başlayıb. Xidmətin ilk günlərini Naxçıvan Muxtar Respublikasından başlayıb. Nurmətov Çoban 10 il Naxçıvanda xidmət edib. Naxçıvanda xidmət edərkən neçə- neçə Fəxri fərmanlar, diplomlar və medallarla təltif olunub.  Həmin vaxt Çoban Nurmətov subay olub, aldığı maaşına xidmət etdiyi posta işıq çəkib, 1 sözlə  şərait yaradıb. Naxçıvanda Rəşad Aslanov, Tehran Məhsimov kimi qəhrəmanlarla xidmət edib. Çoban Nurmətov 10 il Naxçıvanda xidmət etdikdən sonra Qusar rayonuna qayıdır və ordakı N/saylı hərbi hissədə xidmətini davam etdirir. O, 6 ilə yaxın Qusarda xidmət edir.  Qusara qayıdandan sonra Nurmətov Çoban Aprel döyüşlərində iştirak edib.  27 sentyabr 2020-ci ildə başlayan  2-ci  Qarabağ müharibəsində də Baş gizir Nurmətov Çoban elə ilk gündən iştirak edərək mərdliklə döyüşüb. Döyüş vaxtı neçə- neçə yaralını xilas edib. Baş gizir Nurmətov Çoban "Kəşfiyyatın ürəyi" ləqəbi almışdı. O, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Füzulidə gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Hətta Şuşa şəhərinin alınması uğrunda gedən döyüşlərdə vuruşub. Baş gizir Nurmətov Çoban  23 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Həmin gün o, maşın sürürmüş , maşında deyilənə görə 30-33 nəfər şəxsi heyət olub. Birdən atışma başlayıb, Nurmətov maşındakı şəxsi heyətin hamısını düşürdərək maşını tək idarə etməyə başlayıb. Bir neçə dəfə hətta düşmən atəşindən yayınıb, buna baxmayaraq  baş gizir Çoban Nurmətov düşmən atəşinə tuş gəlib. İdarə etdiyi maşın vurularaq partladılıb.  Nurmətov Çoban hələ sağlığında 4 medalla təltif olunmuşdu: 1. 10 il qüsursuz xidmətə görə 2. 15 il qüsursuz xidmətə görə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illik yubileyi medalı 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubileyi medalı.  Baş gizir Nurmətov Çoban Razəddin oğlu ölümündən sonra isə " Vətən uğrunda" və " Şuşa uğrunda" medalları ilə təltif olunub.    Nurmətov Coban ailəli idi, 3 övladı var. 1. Oğlu Nurmətov İmam 2010-cu ildə doğulub. 5-ci sinifdə oxuyur. 2. Qızı Nurmətova İlahə 2011-ci ildə doğulub.  Yataq xəstəsidir, sirebral iflic epilepsiya. 3. Nurmətova Fatimə 2020-ci il 12 dekabrda doğulub, atasının üzünü belə görməyib. Atasının arzusuna görə adını Fatimə qoyub. Ləqəbi - Kəşfiyyatın ürəyi; Xidmət illəri- 2006-2020-ci illər; Rütbəsi- baş gizir; Döyüşlər- Aprel döyüşləri, Vətən müharibəsi; Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd. Şəhid Çoban Nurmətov Bir tarixin izində düşmənə nifrətin var, Bu nifrətlə yarandı sərhədlərdə arzular. Sən Qarabağ dərdini çatdıracaqdın sona, Elə çox əmin idin, inanırdın bax buna. Ona görə Vətənin keşiyində dururdun, O mənfur ermənini ürəyindən vururdun. Aprel döyüşlərində igidliyin ucaldı, Vətən döyüşlərindən bizə tək adın qaldı. Sən üç körpə balanın, qürurusan hər zaman, Unutmarıq biz səni bircə saat, bircə an. Şəhid Çoban Nurmətov, fəxr edirik səninlə. Sən qorudun Vətəni, sevgi dolu qəlbinlə. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI