01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Şəhidlər unudulmaz
Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün...Belə qəhrəmanlardan biri də məktəbin Şəhid məzunu Neymət Fəxrəddin oğlu Məmmədovdur. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan oğullar... heç vaxt qəlbimizdən silinməyəcək, daima qəlbimizdə yaşayacaqlar. Biz müəllimlərin məqsəd və məramı isə, bu Şəhidləri tanıtmaq, təbliğat aparmaq və daim valideynlərini, ailələrini ziyarət etməkdir. Məhz bu baxımdan, 09.03.2021-ci il tarixdə məktəbin şəhid məzunu Neymət Fəxrəddin oğlu Məmmədovun ailəsini məktəb rəhbərliyi, şəhidin ibtidai sinif müəllimi və şinif yoldaşları ziyarət etməyi qərara aldılar. Bu günü seçmək... təsadüfi deyildi! Şəhidin anası Nazilə xanımın doğum günü və 8 Mart Qadınlar bayramı və eləcə də, Milli bayramımız olan " Novruz" un gəlişinin müjdəsini xəbər verən " Yel çərşənbəsi ", Şəhid Neymət Məmmədovun ailəsini ziyarət etməyə, onlara az da olsa sevinc payı verməyə bir stimul idi. Ata və Ana... övladı üçün canından keçməyə hazır olan iki varlıq... Neymət kimi oğul yetişdirdiyinizə görə, sizin qarşınızda baş əyirik... Valideynlər, Neymətin döyüş yollarından söhbət açdılar. Onlar məktəbin direktoru Səmadil xanım Əliyeva başda olmaqla, bütün ziyarət edən qonaqlara təşıkkür etdilər. Göz yaşlarına sahib ola bilməyən isə, ən çox Neymətin ibtidai sinif müəllimi Kifayət Tağıyeva və sinif yoldaşları idi... Səmadil müəllimə öz nöbəsində Neymətin ailəsinə dərin hüznlə başsağlığı verərək bildirdi ki, Neymət kimi oğullar tək sizin deyil, bütöv Azərbaycanın övladlarıdır və onlar daim bizim yaddaşımızda qalacaq, yaşayacaqlar... Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik! Həmin görüşdən fotoşəkilləri sizlərə təqdim edirik....
Vetenim-Azerbaycandir.az
Nailə Muradova