Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Umud Rəhimoğlunu Təbrik edir

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Umud Rəhimoğlunu Təbrik edir
15-02-2021, 23:44 920 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Milli QHT Forumu İdarə heyətininin üzvü Umud Rəhimoğlu ilə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Umud müəllim,
Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlı, yeni yaradıcılıq uğurları arzulayıram!
Siz tanınmış ictimai xadim və tanınmış şair-publisist olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz. 
Siz AYB-nin mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq etmiş, 1989-1993-cü illərdə qəzetin “Elm, publisistika və məktublar” şöbəsinin müdiri olmusuz. 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu-sədrisiz. BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), Avropa Komissiyasının (EC), NATO-nun, Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların etibarlı tərəfdaşıdır.
Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, Sizə və rəhbərlik etdiyiniz Fondun əməkdaşlarına ən xoş diləklərimi yetirirəm"!
Komitə sədri yubilyara Komitə adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
U.Rəhimoğlu səmimi görüş və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI