01:07 - Heydər Əliyev Fondunun vitse-prezidenti Biləsuvarda yeni inşa edilən məktəbi ziyarət etdi
12:24 - Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM
12:23 - Qarabağ Universitetində YENİ TƏYİNAT
12:21 - Bu gün Milli Musiqi Günüdür
12:19 - Türkiyənin baş qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
12:16 - Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu
12:13 - Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edilib
12:10 - Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşdü
17:15 - "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb
17:14 - Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, əzmkarlıq və əla qiymətlər arzulayıram!"
17:08 - Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq
04:19 - "Formula 1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
04:14 - İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib
17:47 - Azərbaycanın müdafiə nazirinin müavini Çinə səfər edib
Ali Baş Komandanın 44 günlük Dəmir Yumuruq Əməliyyatı Azərbaycanın etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi
Vetenim-Azerbaycandir.az
Xanım Qədirova: 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində görülən işlər bütün sahələr kimi gənclərin də hərtərəfli inkişafına təkan verib. Elə, müstəqillik illərində, daha doğrusu 1993-cü ilin iyunundan sonra Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bunu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının üzvü Xanım Qədirova deyib. O, bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub: “Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Onu da deyim ki, gənclərimiz dövlətin, şəxsən Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Bu gün ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir tərəfdən müasirliyə, elm və təhsilə böyük maraq göstərir, digər tərəfdən, onlar vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərimizə böyük bağlılıq nümayiş etdirirlər”. Xanım Qədirovanın sözlərinə görə, müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri də məhz gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır: “44 günlük Vətən müharibəsi dövründə gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda bir nəfər kimi silaha sarılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından belə keçməyə hazır olması deyilənləri təsdiqləyir. Məlum olduğu kimi Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”. Bu da bir danılmaz həqiqətdir ki, bu gün Vətəni üçün bütün çətinliklərə sinə gərməyi bacaran, torpaqlarımız düşmənin işğalından azad edən müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirməsidir”. “Bir sözlə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi” deyə, X.Qədirova sonda bildirib