13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq – FOTO
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Vetenim-Azərbaycandir.az Boyukmillet.com a istinadən xəbər verir ki, şəhidin Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.
Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu “Vətən yaxşıdır. ..” təsnifi hazırda Azərbaycanda dillər əzbəridir.