Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AY K A R V A N D A ĞI

AY   K A R V A N   D A ĞI
10-02-2021, 13:55 652 dəfə baxılıb

Vetenim-Azərbaycandir.az

 QARAXAN ƏKBƏROĞLU
Göydən baxır o balaca çobanın,
Hökmü varmış hər zamanın, hər anın.
Hanı indi qoyun-quzu karvanın,
Biz yaylaq etmişdik Sarıbulağı,
Həmən Qaraxanam, ay Karvan dağı.
Qarovulda qazanqulpu toplayan,
Tütək naləsini dağlara yayan,
Baldırğanla sapağı hər gün soyan,
Sənə salm verən hər səhər cağı,
Həmən Qaraxanam, ay Karvan dağı.
Bulaqlarıñ ən soyuğunu seçən,
Nilufərin saplağıyl su içən.
Qaçğın düşüb, vətəndən coxdan köçən,
Dağılıbdı evi, qalıbdı dağı,
Həmən Qaraxanam, ay Karvan dağı.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI