13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Abşeron məktəblərində koronavirusa görə nəzarət gücləndirildi - Fotolar
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə rayon ərazisində fəaliyyət göstərən məktəblərin 1 fevralda fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilib. “Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən ” xəbər verir ki, məktəblərdə kiçik təmir-bərpa işləri aparılıb, sinif otaqları səliqəyə salınıb, partalar ara məsafəsinə uyğun olaraq düzülüb.
Dezinfeksiya və deratizasiya işləri aparılıb. Məktəblərin istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.
Rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilib. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunub.
Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarkən ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslər arası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiya edici məhlullarla silinir.