Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıdakı güclü külək nə vaxta qədər davam edəcək?

Bakıdakı güclü külək nə vaxta qədər davam edəcək?
11-11-2021, 12:10 175 dəfə baxılıb

“Bakıda əsən güclü şimal-qərb küləyinin bu gün gündüz saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir”.

Bunu “Vətənim-Azərbaycandır.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, ölkə ərazisində hava şəraiti noyabrın 12-dən etibarən sabitləşəcək: “Noyabrın 10-u gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Güclü şimal-qərb küləyi əsir. Bu gün noyabrın 11-i paytaxtda güclü şimal-qərb küləyinin gündüz saatlarından tədricən mülayimləşəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 9 dərəcəyədək isti olacaq. Bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. 
Noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir”. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI