01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Fransalı jurnalistlərə Laçında sürpriz: “İcazəni Azərbaycandan alın!”
"Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib”.
Vetenim-Azərbaycandir.az Sfera.az a isdinadən xəbər verir ki, bu sözləri öz "Telegram” hesabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb.
Onlar rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və haraya getdiklərini soruşublar.
Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər:
"Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.
Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdır və Fransa səfirinə məsələni bildirir. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir və ümumiyyətlə bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edir.
Conatan Lakotun isə susmaqdan başqa çarəsi qalmayıb.
Beləliklə, Azərbaycanın bütün müstəvilərdə Ermənistana göstərdiyi təzyiq və edilən sərt xəbərdarlıq, İrəvan üçün qorxu yaradan "dəmir yumruq” təhlükəsi erməni hökumətinin ağlını başına gətirib.
Tarixi ədaləti bərpa edən Azərbaycanın bundan sonra Ermənistanın hər hansı bir təxribatına göz yummasından söhbət belə gedə bilməz. Elə son aylar baş verənlər də, onu göstərir ki, Azərbaycan qarşı tərəfin bütün fəaliyyətini diqqətlə izləyir və zamanında müdaxilələr edir. Üstəlik, bütün hallarda şərtləri diqtə edən tərəf də Azərbaycandır.