01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
“Hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb” – Sarqisyanın kürəkəni
Ermənistanın Vatikandakı sabiq səfiri, Nikol Paşinyanın ən qatı əleyhdarlarından biri, sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan özünün sosial şəbəkə səhifəsindəki son paylaşımında erməni xalqını ittiham və hətta təhqir edib.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, erməni mətbu orqanlarının da dərc etdiyi həmin paylaşımda Minasyan Ermənistanın son dövrlər başına gələnlərdə erməni xalqının heç də Paşinyan hökuməti və beynəlxalq birlikdən az günahkar olmadığını yazıb: “Xalq öz ölkəsinə tüpürür. Səbəblər fərqlidir. Bir hissəsi ona görə tüpürür ki, ölkədən getməyə hazırlaşır, digər hissəsi nifrət hissindən kor olub, daha bir hissəsi ağrıdan, qeyri-müəyyənlikdən, aclıqdan və kədərdən tüpürür. Ancaq beyni olmayan xoşbəxtlər də var. Buna baxmayaraq, səbəblər fərqli olsa da, nəticə eynidir. Ölkəni parçalayırlar, hər şey verilir, düşmənlər həzz alır, qarşıdurma isə yoxdur…”
Minasyan yazır ki, ermənilər öz ölkələrinə göstərdikləri biganə münasibətə görə, bu gün düşdükləri duruma layiqdirlər: “Xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb. Dünya Artsaxın (Qarabağ-red.) necə məhv edilməsini sakitcə müşahidə etdi, xarici borcun şişirdilməsini alqışladı və bundan pul qazandı, Ermənistanı sürətlə anti-Rusiya platsdarmına çevirir və onu Türkiyənin Avropaya təsirinə qarşı “xırda qəpik” kimi istifadə edir…”
Minasyan yazır ki, müxalifət nəsə etməyə çalışsa da, xalq yerindən tərpənmədi və ona görə də müxalif siyasi qüvvələr küçələrdə xalq üçün “donmaqdan” vaz keçdi. O, yazısında bildirir ki, erməni xalqı bugünkü alçaldıcı duruma düşməyi öz biganə davranışları ilə haqq edib.
Maraqlıdır ki, bütün bunları yazan, Ermənistanın dağılmasına, ermənilərinsə ac-yalavac qalmasına etiraz edən sabiq səfirin özü Avropada lyuks həyat sürməkdə davam edir və daha çox qaynatası Serj Sarqsyanın yığdığı pulları “əritməklə” məşhurdur.