Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ümid İsmayılovun “Qarabağ Azərbaycandır!” kitabı işıq üzü görüb

Ümid İsmayılovun “Qarabağ Azərbaycandır!” kitabı işıq üzü görüb
4-02-2021, 19:52 1 109 dəfə baxılıb

Ümid İsmayılovun “Qarabağ Azərbaycandır!” kitabı işıq üzü görüb
Vətəni təkcə ürəkdə deyil, elə əməllərinlə də sevməlisən. Əsl sevgi də məhz əməlləri ilə üst-üstə düşən sevgidir. Vətən sevgisi yalnız sözdə olmayan, həqiqətən də Vətəni, xalqı üçün ürəkdən çalışan vətənsevər oğullardan biri də Gəncə şəhərində yaşayan Ümid İsmayılovdur.
Ümid İsmayılov Gəncə Dövlət Universitetində tarix müəllimi işləməklə yanaşı, həm də “Ümid Yeri” xeyriyyə cəmiyyətinin qurucusudur. Hələ tələbəlik illərindən yardımsevərliyi ilə cəmiyyətdə tanınan Ümid müəllim hər il, Gəncədəki uşaq evlərini, qocalar evini dəfələrlə ziyarət edib. Eyni zamanda ətrafdakı insanlara da yardımsevərliyi ilə örnək olan gənc müəllimə qoşulanlar günü-gündən artmağa başlayır. Təkcə uşaq evlərinə yardımlarıyla kifayətlənməyərək, şəhid və qazi ailələrinə də yardım etməyə başlayan Ümid müəllim daha çox insana yardım edə bilmək üçün “Ümid Yeri” adlı xeyriyyə cəmiyyati yaratmağa çalışır. Gecə-gündüz, isti-soyuq, uzaq-yaxın demədən çalışsalar da çox təəssüflər olsun ki, Ədliyyə Nazirliyi hələ də Birliyin rəsmi sənədlərini təsdiqləmir. Lakin yaranan çətinliklərə baxmayaraq bu xeyirsevər insanlar öz xeyirxah əməllərindən geri qalmır,
Hər gün daha çox insanın ümid yerinə çevrilirlər.
Belə ki, bütün dünyanı caynaqlarına almış pandemiya bəlasının gətirdiyi sərt karantin rəjimində ehtiyacı olan ailələrə ərzaq yardımları paylamaqla yanaşı, həm də 27 sentyabrdan etibarən ölkəmizdə Qarabağın azadlığı uğrunda gedən mübarizəyə qoşularaq “Ümid Yeri” kollektivi olaraq, orduya dəstəklərini də əsirgəmədilər. Demək olar ki, müharibə şəraitində hər həftə müxtəlif bölgələrdə yerləşən hərbi hissələri ziyarət edir, ehtiyacları olan ne varsa alıb aparırdılar. Şuşanın azadlığından sonra dəfələrlə Şuşanı ziyarət edən Ümid müəllim müharibə ərəfəsində yaşadığı təsirli anları qələmə alaraq təsüratlarını vərəqlərlə bölüşür. Vərəqlər qalaqlanaraq, kitaba çevrilir. Müharibədən sonra Ümid müəllim “Qarabağ Azərbaycandır!” adlı kitabın çapına qərar verir və ən qısa zamanda “Orxan” nəşriyyatının dəstəyi ilə kitabı çap etdirir. Kitabda Qarabağın tarixindən başlayaraq, mədəniyyəti, milli-mənəvi dəyərləri, eləcə də müharibə ərəfəsində Gəncə və Bərdə terorlarından da bəhs edilir. Bütün bunlarla yanaşı həm də Gəncə şəhidlərinin siyahısının yer aldığı kitabda, Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dəmir yumruq” əməliyyatından da bəhs edilir. Kitabın sonunda bir daha “Ümid Yeri” xeyriyyə cəmiyyətinin yaranması, məqsədi, fəaliyyəti haqqında geniş məlumat verilib. Kitabda həmçinin Ümid müəllimin döyüş bölgələrində çəkdirdiyi şəkillər də yer alıb.
Nəşrdən sonra kitabları şəhid və qazi ailələrinə təmənnasız paylayan Ümid müəllimə bu gözəl işdə həm də Prezidentə dəstək İB-i köməyini əsirgəməyib. Onlar da şəhidlərimizin və qazilərimizin adına yazılmış Fəxri Fərmanları ilə ailələrinə dəstək olduqlarını bildiriblər.
Mən, şairə Esmira Günəş şəxsən Ümid müəllimin bütün xeyirxah əməllərinin şahidi olaraq, mətbuu orqanlarında geniş şəkildə paylaşılması üçün şərait yaratdığım kimi, belə bir uğuru paylaşmağı özümə borc bilirəm. Var olsun, yaxşı insanlar. Ən əsası da yaxşılıq etməyi bacaran insanlar.
Ümid İsmayilov, yeni kitabınız mübarək!

Vetenim-Azərbaycandir.az 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI