19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
8 Günəşli Səma
Polkovnik Baxışov əllərini arxasında çarpaz tutub o[spoiler][/spoiler]tağın içində gərgin addımlarla var-gəl edirdi.Gicgahlarında təzə-təzə dən düşmüş tellərinin üstündə tər damcıları havanın isti-soyuqluğundan deyil,beynindəki əməliyyat planının ağırlığından idi..
Polkovnikin hazırladığı bu əməliyyatdan heç kimin xeberi yox idi..Nəhayət o pəncərənin qarşısına qoyulmuş masanın arxasında əyləşdi.Həkimlərin qəti qadağan etməsinə baxmayaraq masanın siyirməsindən kağız-kuğuzun altına qoyduğu siqaret qutusundan birini götürdü.Yoxsa bu gerginliyə əsəbi dözmürdü.Polkovnik çiynindəki yükün məsuliyyətini dərk edirdi və bu qərar onun üçün həm çətin,həm qürurlu idi.O yandırdığı siqaretden ikinci dəfə ciyərinə çəkdi..Və ağzindan burulğana bənzər tüstünü uzun müddət yox olmasını izlədi..Polkovnik axır ki,özünü toxdadıb qapıya tərəf səsləndi:
-Bayramov....
Gecənin qaranlığına 8 kölgə ehtiyatla Xocavənd istiqamətində irəliləyirdi..Onlar ən kiçik səs belə çıxarmamağa səy göstərərək addımlayırdılar..Onlara verilən tapşırıq düşmənlə təmas xəttindən 40-50 kilometr içəridə idi.Onlar,polkovnik Xətai Baxışovun bu gizlin əməliyyatının 8 gizlin qəhrəmanı idilər.Bu yolun sonunda onları şəhid olmaq da gözləyirdi.Lakin biran belə tərəddüt etmədilər."Vətən Sağolsun!"Onlar üçün ən ali,müqəddəs olan,canlarından dəyərli olan Vətən idi.
Erməni quldurlarının torpaqlarımıza amansızca soxulub həmvətənlərimizi qətl etməkləri,torpaqlarımızı yağmalıyıb qız-gəlinlərimizin başına min müsibət gətirmələri,Xocalıda törətdikləri bənzəri olmayan,eşidənin qanını donduran faciə hamı kimi onların da kişilik qüruruna toxunmuşdu..İndi kəşfiyyatçı kimi düşmənin içinə əməliyyata gedərkən tək düşüncələri düşmənə ağır zərbə endirə biləcək məlumatlar idi..
Səkkiz nəfərlik dəstənin komandiri Elxan idi.Həmən gecə iki ayrı kəşviyyatçı dəstə düşmənin təmas xəttini keçmişdi.
Tapşırıqı sakit,səssiz həll edən dəstə ancaq gecələri işləyirdi.Gündüzləri isə qazdıqları kiçik səngərdə gizlənib düşmənə görünmürdü.Üç gündə çox məlumat əldə etmişdilər.Aprelin onu onlar yavaş-yavaş öz tərəfimizə doğru qayıdırdılar.Neçə günün yorğunluğu,yuxusuzluğu onları əldən salmışdı.Gündüz yenə gizlənib gecə təmas xəttini keçəçəkdilər.Onların gizləndiyi dağıntıların ətrafında heç bir canlı həyat yox idi.Hər tərəf uçulub dağılmışdı..Gecəni səbirsizliklə gözləyirdilər..Elə bu vaxt yan tərəfdə uçulmuş dəyirmanın arxasından qoca bir qarı qabağında üç qaz-dörd qaz onların üstünə gəldiyini gördülər.Qarının pırpız ağ saçları,uzun əyri burnu üzündəki qırışlar,ona nuranilikdən çox caduğər sifəti vermişdi.Kəşfiyyayçılar gizlənmək üçün gecikmişdilər.Qarı onları görən kimi ağı bilanmış göz bəbəyi böyüdü.Çavuş Həsənov remenindəki bıçağı çəkib qarıya tərəf yeriyəndə Elxan onun qolundan tutdu:
_Aqşin,biz onlar kimi deyilik,qoy rədd olub getsin..
Cavuş Aqşin Həsənov nifrətlə qarının üzünə baxıb başını yana çevirdi:
_Sizin...
Onların bu hərəkətini qorxudan yumağa dönüb izləyən qarı qefildən yerindən götürülüb qaçmağa başladı.
_Elxan,nahaq qoymadın öldürsün.Bizi satacaq bu qoca ifritə_deyə Vüqar məzəmmətlə başını buladı_onlar bizim ana-bacımıza acımadılar..
_Vüqar,onlar ermənidir biz isə Azerbaycanlıyıq,türkük.Onlar şərəfsiz,nadan,qorxaqdılar.Biz deyilik..Tez hazırlaşın,çekilməliyik geri.Artıq burda qala bilmərik.
Kəşfiyyatçılar gecəyə qədər gözləməyib indi mümkün qədər diqqəti çəkmədən öz tərəfimizə keçməyi planlaşdırırdılar..Lakin,artıq gec idi..Qarı özünü yaxınlıqdakı kənd soverində yerləşmiş erməni əsgərlərinə yetirib gördüklərini danışmışdı.
Səkkiz kəşfiyyatçı üstlərinə gələn düşmən əsgərlərini cavab atəşi ilə ləngidərək temas xəttinə tərəf çəkilmək istəsələr də alınmırdı.Atışma get-gedə güclənirdi..Elxanın boğuq səsi güclə eşidilirdi:
_Dağılmış kəndı tərəf çəkilirik..
Aqil biraz arxada qalmışdı.Elə bu vaxt sanki onun belindən beton tökdülər.Bir neçə deqiqə tərpənə bilmədi.Başını qaldırıb baxdı,əlləri ilə yeri eşə-eşə getməyə cəhd etsə də alınmırdı..Bir necə müddət belə davam etdi...sonra isə onun gözünün qabağına Zaqatalada fındıq bağında arxası üstə uzanıb səmaya baxdığı gəldi..Aqil huşunu itirdi.Elxan,gizləndikləri dağılmış kəndə məktəbin podvalından Aqili görürdü lakin ora getmək qeyri-mümkün idi.Güllə yağış kimi yağırdı.İndi qerar vermək vaxtı idi.Elxanın sual dolu gözləri əvvəlcə içlərində yeganə ailəsi olan və övladı olacaq Vüqara,sonra Anara,Aqşinə,Nizamiyə,Farizə,Dinara zilləndi.Kəşfiyyatçı yoldaşlarının baxışında qorxudan əsər yox idi.Bəli qərar verilmişdi...Artıq yaxlnlaşan ayaq səslərindən onları mühasirəyə aldıqalarını bilirdilər.Elə bu vaxt bayırdan 50-60 metrlikdən təmiz və səlis Azərbaycan dilində:
_Təslim olun,Erməni dövlətinin adından sizə təminat verirəm ki,öz istəyinizlə təslim olsanız sizə heç bir xətər yetirilməyəcək..
Kəşfiyyatçıların üzündə nifrət və acı dolu bir ifadə var idi.Anar onların qarasına söyərək,Vüqara baxdı:
_Bura qədər imiş bizimki də..
Və yeddi kəşfiyyatçı bir ağizdan Azərbaycan sağ olsun dedilər.Vüqarın təlimatı ilə topladıqları məlumat"svyaz"düşmən əlinə keçməsin deyə çoxdan məhv edilmişdi.
-Haziriq...Çıxaq..
Kəşfiyyatçılar bir-bir podvaldan çıxıb əllərini qaldırdı.Vüqarın gözü bayaq uzandığı yerdə olmayan Aqili axtardı,lakin yox idi..Erməni əsgərləri qorxularından hələ gizləndikləri dəlikdən görünməsələr də səsləri eşidilirdi.Bayaq ki səs:
_Silahınızı atın və üzü üstə uzanın_dedi
Elxan,dönüb başları məgrur,baxışları sərt olan 6 yoldaşına baxıb:
_Vətən,Sagolsun_deyə çığırdı.Onun səsi bitməmiş yeddi kəşfiyyatçı düşmən əlinə keçməmək üçün özlərində saxladıqları əl bombasını partlatdılar..Vüqarın gözlərinin qabağında həyat yoıdaşı və qucagında ağ bürüncəkdə körpəsi canlandı.
Elxan,əlində Azərbaycanın bayrağını Şuşanın mərkəz meydanında yüksəldirdi..Aqşin,əlində bir dəstə qərənfil şəhidlər xiyabanında idi..Anar toyu qurulmuş həyətlərində atası Üzeyir kişiylə yanaşı dayanıb söhbət edirdi.Dinar,Yasəməninin əlini tutub gözlərinə baxırdı,Fariz,Azərbaycanın qələbə günü münasibəti ilə təşkil olunmuş tədbirdə idi,Nizami çox sevdiyi anasının bişirdiyi düşbərədən içirdi...
Epiloq
1997-ci ilin aprelin 10-da Azərbaycan səmasında 8 günəş parladı..Komandirləri Xətai Baxışovun əmri ilə 8 nəfərdən ibarət kəşfiyyat dəstəsi:
Leytenant Ağayev Elxan
Leytenant Yarəhmədov Vüqar
Çavuş Rzayev Anar
Çavuş Mustafayev Dinar
Çavuş Həsənov Aqşin
Çavuş Cavadov Fariz
Çavuş Əhmədov Aqil
Çavuş Ələkbərov Nizami
Düşmənlə təmas xəttini 40-50 kilometrliyində apardıqları əməliyyatda düşmən əlinə keçməmək üçün əl bombaları ilə özlərini öldürdülər.Onlardan yalnız Əhmədov Aqil sağ qalaraq əsir götürüldü.Ölümləriylə Azərbaycan tarixinə qanları ilə unudulmazlıq dastanı yazdılar.Şəhidlərin cəsədləri altı aydan sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 14 oktyabrda geri alınaraq,16 oktyabrda Şəhidlər xiyabanında dəfn olundu.Yaralı halda əsir götürülərək min bir işgəncəyə məruz qalan Aqil Əhmədov uzun sürən danışıqların ardından geri qaytarıldı.Hər bir qəhrəman kəşfiyyatçılarımız
"Azərbaycan Bayrağı"ordeni ilə təltif edildi..
ÇİNARƏ SEHRAN